Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

DYP -qəzalar zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib

DYP qəzalar zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib.

Yenixeber.org: DYP-dən daxil olan məlumatda deyilir:

“Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bir çox hallarda sürücünün hadisə yerindən yayınması və ya ilkin olaraq tərəflərin öz aralarında gəldikləri razılığın bir tərəfli qaydada pozulması, daha sonra inzibati, mülki, bəzi hallarda isə cinayət məsuliyyəti yaranmasına səbəb olur. Belə haqlı narazılıq hallarının qarşısının alınması məqsədi ilə bildiririk:

Sürücülər hadisənin baş verdiyi ərazidə süni sıxlıq və tıxacların yaranması üçün hadisə nəticəsində xəsarət görmüş avtomobillərin, həmçinin digər manelərin foto və ya video qeydlərini aparmalı və adiyyəti üzrə polisə məlumat verməli, digər avtomobillərin hərəkətinə çətinlik yaratmamaq üçün nəqliyyat vasitələrini yolun təhlükəsiz hissəsinə-kənarına qəza durma qaydalarına əməl etməklə aparmalıdırlar. Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və ya ölüm halı baş vermişdirsə, bu barədə mütləq qaydada məlumat polisə düzgün verilməli, xəsarət alan şəxsə isə ilkin tibbi yardımın göstərilməsini, eləcə də xəstəxanaya çatdırılması təmin etmək hər bir sürücüdən tələb olunur. Əks təqdirdə, bu, gələcəkdə hadisəni törədən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Baş vermiş hadisələrin gizlədilməsi isə ən yaxşı halda inzibati məsuliyyət yaradır”.

“Bir daha sürücülərdən və hərəkətin digər iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına diqqətlə əməl olunsun! Qanunlara və qaydalara düzgün münasibət hər birimizi bədbəxt hadisələrdən və qanun qarşısında məsuliyyətdən qoruyur!” - DYP-dən bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam