Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Türkiyə Azərbaycana dörd general göndərdi

Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib. Bu barədə məlumatı hərbi ekspert Ədalət Verdiyev öz feysbuk hesabında paylaşıb.

Məlumata əsasən, Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

Həmçinin, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.

General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının Baş qərargah rəisi təyin edilib.

Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV də sözügedən təyinatlar barədə məlumat yayıb. Məlumata əsasən, 4 generalın təyin edilməsi ilə Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı nümayəndəliyinin sayı da artıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam