Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ÜST koronavirusun yeni -“mu” ştamının yayılmasını şərh edib

"Koronavirusun yeni “mu” ştamının orqanizmin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır".

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazarkeviç bildirib.

“Ştam mutasiyalara malik olduğundan maraq doğuran variant kimi müəyyən edilib. Bu mutasiyaların insan orqanizminin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. Virusların təkamülü ilə bağlı ÜST-ün İşçi qrupuna təqdim edilmiş məlumatlar göstərir ki, xəstəlik və ya vaksinləmə nəticəsində formalaşmış immunitet bu ştama qarşı o qədər də təsirli olmaya bilər. Bu məlumatı təsdiq etmək üçün əlavə araşdırmalar aparılmalıdır",- o bildirib.

Onun sözlərinə görə, koronavirusun yeni “mu” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib. GISAID-in (Qrip barədə məlumatların mübadiləsi üzrə Qlobal təşəbbüs qrupu) avqustun 29-na olan məlumatına görə, indiyədək “mu” ştamına dünyanın 39 ölkəsində 4 500-dən çox yoluxma halı qeydə alınıb.

“Dünyada “mu” ştamının yayılması halları azalmaqdadır. Hazırda yoluxmaların yalnız 0,1 %-i bu varianta aiddir. Son həftələrdə Kolumbiya və Ekvadorda yeni ştama yoluxma halları artıb. ÜST bu variantın təsirini araşdırmaqla yanaşı, onun epidemioloji təkümülünü də diqqətlə izləyir”, - təşkilatın nümayəndəsi fikrini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam