Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

ÜST açıqlama yaydı-Koronavirusun yeni növü ilə bağlı

 

Koronavirusun yeni növünün kəskinlik, antikor reaksiyası və ya peyvəndin effektivliyində dəyişiklik yaradıb-yaratmayacağına dair indiyə qədər heç bir dəlil yoxdur.
Yenixeber.org: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, Birləşmiş Krallığın yerli səlahiyyətli qurumları virusun SARS-CoV-2 növü haqqında Ümumdünya Səhiyyə Təşkilatına məlumat bildiriblər. Orada bu yeni növ virusa 1400-dən artıq yoluxma faktı aşkar edilib və bu hallara ilk dəfə sentyabr ayının ortalarında rast gəlinib. Virusun bu növü özündə bir sıra genetik dəyişiklikləri ehtiva edir və əsasən Londan daxil olmaqla İngiltərənin cənub və şərqində qeydə alınıb.
Nümayəndəlikdən qeyd edilib ki, Birləşmiş Krallıq tərəfindən aparılmış ilkin epidemioloji analizlər və modelləşdirmə bu yeni SARS-CoV-2 növünün ötürülmə qabiliyyətində bir dəyişiklik ola biləcəyini və S gen hədəfini istifadə edən diaqnostik testlərdə performansın azaldığını göstərir. Birləşmiş Krallıq ilkin tapıntıları təsdiqləmək və bu yeni ştam haqqında anlayışı genişləndirmək üçün əlavə araşdırmalar aparır:


"ÜST bu xüsusi mutasiyaları anlamaq və virusun ötürücülüyünün artması, COVID-19-un diaqnostika sistemlərinə potensial təsiri və xəstəliyin kəskinliyi baxımından virusun funksiyasındakı hər hansı dəyişikliyi araşdırmaq üçün əlavə viroloji tədqiqatların aparılmasını tövsiyə edir. Virusun bu növü üzərində xüsusi araşdırma aparmağımızın səbəbi onun bir neçə mutasiya birləşməsinə malik olması və insanlar arasında daha asan yayıla biləcəyinə dair ilkin əlamətlərdir.

Viruslar sirkulyasiya etdikcə dəyişir və bu, virusun xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Onun yayılma mənbəyini dayandırmaq vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı test, izolyasiya və müalicə, təmasın izlənməsi, o cümlədən təmasda olmuş şəxslər üçün karantin və əl gigiyenası, fiziki məsafə saxlanılması, qapalı məkanların havalandırılması və lazım olduqda maskadan istifadə kimi fərdi qoruyucu tədbirlər də daxil olmaqla bütün əsas ictimai səhiyyə və sosial tədbirlərin davam etdirilməsini tövsiyə edir. Nə qədər çox insana peyvənd vurularsa, virusun sirkulyasiyası bir o qədər azalacaq. Bununla yanaşı, yeni mutasiyalar və növlərin yaranması üçün də potensial azalacaq.

Unutmayaq ki, COVID-19 artıq ölümcül bir xəstəlikdir və onun yayılmasına nəzarət etmək üçün hər bir addım atılmalıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam