Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

ÜST: -Yeni mutasiyaların Azərbaycana gəlməyəcəyini düşünməyə dəyməz

ÜST: Yeni mutasiyaların Azərbaycana gəlməyəcəyini düşünməyə dəyməz

Koronavirusun yeni mutasiyasının xüsusiyyətlərinin öyrənilməsi istiqamətində tədqiqatlar davam etdirilir.

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, koronavirusun yeni mutasiyalarının üzə çıxması qaçılmazdır:

“Koronavirus çox sürətlə mutasiya edən virus olmasa da biz onun yeni növlərinin çıxacağını gözləyirdik. Koronavirus bizim aramızda dünyada qaldıqca onun yeni mutasiyalarının üzə çıxması qaçılmazdır. Bizim üçün önəmli olan yeni variantın daha çox xəstələndirmə, daha çox öldürmə qabiliyyətinin öyrənilməsi, əlimizdə olan diaqnostik testlərin onun aşkarlanması üçün yetərli olmasını, peyvəndin yeni növə qarşı təsirli olub-olmamasını bilməkdir. Hazırda bu suallara cavab axtarılır. İlkin tədqiqatlara görə, “Britaniya ştammı”nın daha çox yoluxdurucu olması, mövcud testlər vasitəsilə aşkarlana bilməsi və hazırlanan peyvəndlərin həmin ştamma qarşı təsirli olması müəyyənləşib. Hazırda onun yoluxuculuğunun 50-70 faiz çox olduğu məlumdur. Lakin öldürücülüyünün artması barədə dəqiq nəticələr yoxdur".

"Yeni ştammın yoluxuculuğunun çox olması xəstəlik yükünün artacağı anlamına gəlir, lakin onun daha ağır keçməsi elm adamları tərəfindən araşdırılır. Yeni ştamm indiyədək təxminən 50 ölkədə rast gəlinib. Azərbaycana gəlməyəcək deyə düşünməyə dəyməz. Lakin hər kəs nə edəcəyini, virusla mübarizədə nəyin faydalı olduğunu bilir. Çünki virus eyni virusdur”, H.Harmancı əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam