Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ramin İbrahimov: -"Paracüdoçulara Şuşanın azad olunması barədə danışırdım"

Ramin İbrahimov: Paracüdoçulara Şuşanın azad olunması barədə danışırdım

"Həqiqətən sevincli və qürurluyuq. Bizim qızlarımız Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunlarında çox yaxşı çıxış etdilər".

Yenixeber.org: Bu fikirləri açıqlamasında Azərbaycanın qadınlardan ibarət paracüdo üzrə milli komandasının baş məşqçisi Ramin İbrahimov Bakıdakı qarşılanma zamanı deyib.

43 yaşlı mütəxəssis bu yarışadək çox uzun yol qət etdiklərini bildirib: "Çox çətin yollardan və pandemiya dönəmindən keçdik. Mən də 3 dəfə paralimpiadalarda iştirak etmişəm. 4-cü dəfə isə məşqçi kimi qatıldım. Yay Olimpiya və Paralimpiya Oyunlarında zəif idmançı yoxdur. Burada əsas psixoloji hazırlıq önəmlidir. Həmişə şəhidlərimiz haqqında, Şuşanı işğaldan azad etməyimiz barədə qızlara danışırdım. Təlim-məşq toplanışlarında söyləyirdik ki, siz qalib ölkənin idmançılarısınız. Ona görə də möhtəşəm nailiyyət əldə etdik. 6 çəki dərəcəsinin 4-də bizim qızlar qızıl medal qazandı. Yaponlar və digər ölkələrin nümayəndələri bizim qızlarla maraqlanırdı. Onlara dedik ki, qələbəmizin birinci simvolu qalib dövlət olmağımızdır. Qarşılanma mərasimindən sonra isə ilk növbədə şəhidlər xiyabanını ziyarət edəcəyik".

Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın qadın paracüdoçuları Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) qızıl medal qazanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam