Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azərbaycan XV Yay Paralimpiya Oyunlarını 33-cü yerdə başa vurdu

rio paralmp

Oyunlarda 170 ölkədən 4 mindən çox idmançı iştirak edib

Xeberinfo.com:  Brazilyanın paytaxtı Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.

Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, Azərbaycan Paralimpiya Oyunlarında 6 idman növündə, 22 idmançı və 2 liderlə təmsil olunub.
Onlardan 11 nəfəri Paralimpiya Oyunlarında ilk dəfə olaraq iştirak ediblər. Milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.
Paralimpiya Oyunlarında 170-dək ölkədən 4 mindən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.
Paralimpiya yığmamız medalların ümümi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri arasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.
XV Yay Paralimpiya Oyunlarında Pekin Oyunlarına nisbətən 1 medal çox, London Oyunlarına nisbətən isə 1 medal az qazanılıb. Lakin London Paralimpiya Oyunlarında 7 idmançı mükafatçılar sırasına düşmüşdürsə, Rio-da 8 atletimiz bayrağımızı qaldırdı. Bu oyunlarda ilk dəfə olaraq 5 qadın idmançı iştirak edib və ümumilikdə 4 medal qazanıb.
Paralimpiyaçılarımız idmançıların sayına görə qazanılmış medalların faiz nisbətində də uğurlu nəticə göstərib. İdmançıların sayına görə qazandığı medalların səmərəlilik əmsalı 50% təşkil edib və nəticədə bu göstəriciyə görə komandamız ilk pillələrdə yer alıb.
İki idmançımız Rio-da yeni rekordlara da imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib.
Sevindirici haldır ki, 8 mükafatçıdan 7-si Paralimpiya Oyunlarında ilk dəfə medal qazanıb. Bu da, Milli Paralimpiya Komitəsinin 20 illik fəaliyyəti dövründə ehtiyat qüvvələrin hazırlanması istiqamətində gördüyü işlərin müsbət nəticəsidir və XVI Tokio Yay Paralimpiya Oyunlarında daha yüksək nailiyyətlər əldə etməsinə zəmin yaradır.
Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə ediblər. Rio-da Ramil Qasımovun qızıl medal əldə etməsi ilə Azərbaycanın Paralimpiya tarixində yeni bir səhifə açıldı. Belə ki, Paralimpiya çempionlarımızın sayı 7-ə yüksəldi. Onlardan iki nəfər iki qat Paralimpiya çempionu və üç qat paralimpiya mükafatçılarıdır.
Xatırladaq ki, Azərbaycan Milli Komandasının kapitanı və bayraqdarı İlham Zəkiyev, ilk dəfə olaraq XV Yay Paralimpiya Oyunlarının açılış mərasiminə milli geyimdə çıxıb. Bu da, Marakana stadionuna toplaşmış on minlərlə tamaşaçının böyük marağına səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam