Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Millimizin məşqçisi: -"Dağıstandakı güləşçilərimiz orada hazırlıq keçirlər"

Millimizin məşqçisi: Dağıstandakı güləşçilərimiz orada hazırlıq keçirlər

"Şərif Şərifovla müntəzəm əlaqə saxlayırıq. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov Dağıstandadır. Onunla da sıx əlaqədəyik".

Yenixeber.org: Bu fikirləri Azərbaycanın sərbəst güləş üzrə milli komandasının məşqçisi Arif Abdullayev bugünkü açıq məşq zamanı qışda koronavirusa yoluxmuş yığma üzvü Şərif Şərifov barədə danışarkən deyib.

52 yaşlı müəxəssis olimpiya çempionunun xəstələndiyini etiraf edib: "Düzdür, həm ailəsi, həm də özü xəstələnmişdi. Amma qrip olmuşdu. Özü bu barədə açıqlama verib. Ola bilər, başqa məna çıxıb".

A.Abdullayev hazırda Dağıstanda olan güləşçilərin məşqlərini orada davam etdirdiklərini bildirib: "Dağıstandakı yığma üzvləri daim diqqətimizdədir. Onlar da dəniz kənarında fiziki hazırlıq keçirlər. İdmançılarda ruh düşkünlüyü yoxdur. Sərhədlər açılandan sonra Bakıya gəlib yığmaya qoşulacaqlar və təlim-məşq toplanışında iştirak edəcəklər. Təbii ki, bunun üçün əvvəlcə pandemiya ilə bağlı vəziyyət qaydasına düşməlidir".

Məşqçi daha sonra yığma üzvlərinin karantin dövründəki məşq prosesindən danışıb: "Açıq havada məşqlərimiz davam edir. Pandemiya səbəbindən idmançılarımız aprelin əvvəlindən may ayınadək ev şəraitində məşq ediblər. Bu müddətdə onlarla sıx əlaqə saxlamışıq. Kimisi rayonda, kimisi dəniz kənarında hazırlaşıb öz formasını saxlamağa çalışırdı".

Abdullayev güləşçilərin fiziki durumunda eniş olduğunu vurğulayıb: "Vəziyyət tək Azərbaycanda deyil, bütün dünyada belədir. Güləşçilərin fiziki durumu aşağı düşüb. Həm bunu, həm də onların texniki-taktiki hazırlığını yüksək səviyyəyə gətirməyə çalışırıq. Dekabrda yarışlarımız ola bilər. Buna uyğun hazırlıq keçirik".

Məşqçi yarışların təxirə salınmasının idmançılara psixoloji təsirindən də söz açıb: "İdmançılarımız beynəlxalq yarışlara çox ciddi hazırlaşmışdı. Martın 17-də Macarıstana lisenziya yarışına getməli idik. Pandemiya ilə bağlı turnir təxirə salındı. Düzdür, güləşçilərdə bir az ruh düşkünlüyü oldu. Amma federasiya, məşqçilər hər zaman onlara dəstək olub. Çalışırıq ki, bu cür hallar olmasın".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam