Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Hərbi hissədə valideynlərlə hərbçilər arasında qarşıdurma olub -VİDEO

Gənc əsgərlərin and içmə mərasiminə valideyinlərin buraxılmaması qarşıdurmaya səbəb olub.
Yenixeber.org:“Meydan TV” xəbər verir ki, hadisə Abşeron rayonun Pirəkəşkül kəndi ərazisində yerləşən N saylı hərbi hissədə olub. Gənc əsgərlərlə görüşmək istəyən valideyinlərlə həbçilər arasında qarşıdurma yaranıb. Məlumata görə hadisə vaxtı polislər də orada olublar.

Qeyd edək ki, Müdafiə Nazirliyi avqustun 8-də yaydığı məlumata görə, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə mərasimində əsgər yaxınları ilə şəxsi heyətin görüşləri təşkil edilməyib. Andiçmə mərasimləri Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılıb, hərbi qulluqçulardan müsahibələr alınıb və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurması üçün şərait yaradılıb.
Məlumatda bildirilir ki, bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxilolma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər.
Hərbi hissə komandanlığı bu cür addımların qarşısının alınması məqsədilə müvafiq tədbirlər görüb. Lakin uzaq yerlərdən gələn bəzi valideynlərin israrlı xahişləri və uzaq yol qət etmələri nəzərə alınaraq xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməklə onların öz övladları ilə qısamüddətli görüş keçirmələrinə şərait yaradılıb.
Bildiririk ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələblərinə müvafiq olaraq əsgər valideynlərinin və yaxınlarının şəxsi heyətlə görüşlərinə ciddi məhdudiyyətlər tətbiq olunur.
Ordu sıralarında COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə hərbi qulluqçuların yaxın ailə üzvləri və qohumlarını ölkə miqyasında və orduda tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyə çağırırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam