Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Milyarder deputat adam öldürdü...-Həmin vaxt sərxoş olduğu deyilir/YENİLƏNİB

Təsadüfən adam öldürdüyünü etiraf edən Rusiyanın Kamçatka vilayətinin deputatı İqor Redkinin sərxoş vəziyyətdə atış məşqləri keçirdiyi barədə yeni versiya səslənib. 

Yenixeber.org: Bu barədə avqustun 10-u “Kam-24” informasiya agentliyi yayır. Beləki, versiyaların birinə əsasən, sərxoş deputat atış məşqləri keçirmək məqsədi ilə zibilliyə gəlib, elə orada da cinayət törədib.

Qeyd olunur ki, siyasətçi öldürdüyü kişinin ailəsinə pul təklif edib. Redkinin vəkili Olqa Struçenkonun sözlərinə görə, onun müdafiə etdiyi deputatın məsuliyyətdən qaçmaq fikri belə yox idi, ən azı ona görə ki, “güllənin ona aid olduğu üzə çıxacaqdı” və hazırda öldürülən şəxsin ailə üzvləri ilə danışıqlar aparılır.  

Öldürülən şəxsin həyat yoldaşının sözlərinə görə, onunla heç kəs əlaqə saxlamayıb, heç kəs ona zəng vurmayıb. Ərini tanınmış deputatın öldürdüyünü də elə xəbərlərdən bilib.  

***

12:22

Rusiyanın Kamçatka vilayətinin deputatı İqor Redkin adam öldürdüyünü boynuna alıb. O, deyib ki, ayını kənddən qovarkən açdığı atəş zamanı təsadüfən güllə insana dəyib və onun ölümünə səbəb olub.

Bu barədə “RİA Novosti” agentliyi siyasətçinin vəkili Olqa Struçenko tərəfindən təqdim olunan etiraf müraciətinə əsasən yazıb.   

Müraciətində deputat qeyd edib ki, hadisə avqustun 2-də baş verib. Biləndə ki, Ozernovski qəsəbəsində ayı gəzir və yerli əhali təhlükə ilə qarşılaşa bilər, Redkin silahı əlinə alıb və ayını qovmaq istəyib. Hava qaranlıq idi və Redkin ayıya atəş açıb. Sonradan deputat eşidib ki, təxminən həmin saatda o ərazidə yerli sakinlərdən biri güllə yarası alıb və nəticədə xəstəxanada ölüb.

Redkin həmçinin deyib ki, məhkəmə qarşısına çıxmağa və cəzasını çəkməyə hazırdır.

İqor Redkin avqustun 10-u yaxalanıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam