Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Əsgər Akayev Qırğızıstana təhvil verildi -Rusiyadan gözlənilməz addım

1990-cı ildən 2005-ci ilə qədər Qırğızıstana rəhbərlik etmiş Əsgər Akayev Rusiya tərəfindən Qırğızıstan hüquq-mühafizə orqanlarına təhvil verilib. 

Yenixeber.org:  Avqustun 2-də qəbul edilmiş bu qərarla bağlı Rusiya mətbuatı Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinə(DTK) istinadla xəbər yayıb. Artıq Akayevin Buşkekə gətirildiyi və DTK-da dindirildiyi bildirilir.

Xatırladaq ki, xalq etirazları səbəbilə devrilmiş Qırğızıstanın keçmiş prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev ötən ayın əvvəllərində ölkədəki “Kumtor” qızıl yatağı ilə bağlı başladılmış cinayət işi üzrə beynəlxalq axtarışa veriliblər. Qırğızıstan DTK-sının sədri Qamçıbek Taşiyev həmin vaxt keçirdiyi mətbuat konfransında demişdi ki, “Kumtor” qızıl yatağı ilə bağlı korrupsiya ilə məşğul olan şəxslər arasında daha bir neçə keçmiş yüksək vəzifəli məmur da var.

Qeyd edək ki, Kanadanın “Centerra Gold Inc.” şirkəti 700 tona yaxın ehtiyatı olan “Kumtor” qızıl yatağını 30 ilə yaxındır işlədir. Qırğızıstan ekoloji normaların pozulması və mədənin işlənməsi zamanı vergilərdən yayınmaya görə şirkətə qarşı 4.2 milyard dollarlıq maliyyə iddiası irəli sürüb.

Maraqlıdır ki, adətən Moskva keçmiş SSRİ respublikalarına rəhbərlik etmiş və “öz adamı” hesab edərək sığınacaq verdiyi şəxsləri həmin ölkələrin istintaq orqanlarına təhvil vermir. Bu səbəbdən Akayevin Qırğızıstana verilməsi gözlənilməz addım hesab olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam