Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Azərbaycan-Qətər Birgə Komissiyasının tərkibi yeniləndi-SƏRƏNCAM

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 iyun tarixli 2125 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Yenixeber.org: Mlumata görə, sərəncamla “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 iyun tarixli 2125 nömrəli sərəncamı ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri.”.

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilmiş dəyişikliklər barədə Qətər Dövləti tərəfinə müvafiq bildiriş göndərməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam