Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Toyda koronavirus xəstəsi aşkarlandı -VİDEO

Toyda koronavirus xəstəsi aşkarlandı - VİDEO

İsmayıllı Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Röya” şadlıq sarayında keçirilən yoxlamalar zamanı toya dəvət edilən qonaqlar içərisində bir nəfər qadının aktiv koronavirus xəstəsi olduğu müəyyən edilib. O, ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Qadının saraya girişinə icazə verilməyib və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam