Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BU NƏ BƏLADIR DÜŞMÜŞÜK...!?

 

 

              Bizim yolumuz hardan başlayıb, hara gedir . . .!?

     

    Hər gün nəvəmi dərsə apardığım üçün mütəmadi olaraq məktəbdə oluram. Məktəbə daxil olanda ilk diqqətimi çəkən məktəbdə şagirdlərin özlərini necə aparmaqları olur.Sanki, bu uşaqlar ailədən gəlməyib, meşədən qaçıblar. Dəfələrlə olub ki, vəhşi kimi qaçdıqları zaman nəvəmlə birgə məni itələdiklərindən yıxılmaqdan qurtarmışam.Bu məsələnin bir tərəfi, uşaqların bir-biri ilə ünsiyyətinə diqqət edəndə bilmirsən bu uşaqlar Azərbaycan ailəsindən gəlib, ya başqa əcnəbi vətəndaşın övladıdır. Çünki öz ana dilimizdə normal şəkildə danışa bilmırlər.Mən dil bilməyin əlehinə deyiləm, dili öyrənmək olar lakin, Azərbaycanlı olduğun halda gündəlik həyatına tətbiq etməyin əleyhinəyəm. Hətta bütün dediklərim bir yana qalsın, valideynlər də öz övladlarını təhrik edirlər ki, rus ya qeyri əcnəbi dillərlə özü tipli uşaqlarla ünsiyyətdə olsun. Elə bu səbəbdən də cəmiyyət arasında olanda özünü Azərbaycanda deyil, başqa dövlətdə hiss edirsən. Yeni yetişən nəsil bu cür inkişaf etməklə öz tariximizi unudaraq xarici ədəbiyyatı mütaliə etməklə başqa xalqların dilini mənimsəyirlər. Yatmış cəmiyyət isə qəflət yuxsunda imiş kimi ayılaraq, haray salır ki, bəs bizim gənclərimizdə milli şüur inkişaf etmir. Bəs niyə düşünmürlər ki, o milli toxumu övladına gərək bələkdə əkəsən ki, müddət keçdikdən sonra bəhrəsini görə biləsən.
     Diqqətimi çəkən məsələlər çox olduğundan qeyd etdiyim fikirlər barədə düşünə-düşünə nəvəmin oxuduğu sinfə daxil olaraq onun müəlliməsi ilə görüşürəm. Hər dəfə müəllimlə görüşdüyüm zaman valideynlərlə bugünki təhsil sistemi uşaqlara nələr verir - deyə bu söhbətin mübahisə obyekti kimi diqqət mərkəzində olduğunun şahidi oluram.İnandırım ki, sovet sistemində təhsil almış müəllimlər çaş-baş qalıblar. Düşündükləri budur ki, bu yeni pedoğoji proqram azyaşlı şagirdlərin nəinki, inkişafına,hətta təfəkkür tərzini zəiflətməkdən başqa bir şey deyil. Gündəlik ağır proqram şagirdləri artıq dərəcədə yükləməklə yanaşı, onların psixologiyasına təsir göstərir, yəni valideynlər uşaq dərsdən gələn kimi düşür uşağın canına ki,bəs dərslərini tez hazırla! Bu yazıq uşaqlar isə yeni proqramı mənimsəməyə o qədər çətinlik çəkir ki, və bəzi uşaqlarda əsəb poğunluğu yaranır. Bütün valideynlər təhsil xatirinə öz övladlarını hədsiz dərəcə də sıxışdırırlar. Hətta bəzi ailələrdə söz-söhbət də yaranır, çünki, övladları ilə birgə yaşayan nənə-babalar, özləri sovet sistemində təhsil aldıqlarına görə bugünki təhsillə barışa bilmir və öz iradlarını bildirəndə ailədə söz-söhbət düşür. Nənə-baba nəvələrinin dərsi mənimsəmək üçün valideynləri tərəfindən sıxışdırılan nəvələrinin göz yaşlarına tab gətirə bilmir. Belə olduqda evdə yeni münaşiqə yaranır. Nəzərə alsaq ki, hardan başlanan narazılıq harda tamamlanır. Maraqlısı da budur ki, bu fəsadların acısını yenə də uşaqlar çəkir. Bütün yazdıqlarıma valideyn- müəllim arasında gedən söhbəti kənardan izləyərək gəldiyim qənaətdir.Nəzərinizə çatdırım ki, amma məktəbdə sovet sistemində təhsil almış təcrübəli müəllimlər var ki, sovet metodikasına əsaslanaraq şagirdlərin təhsil bünövrəsini öz metodları ilə proqramı mənimsətməyə çalışırlar. Həmin müəllimlər çoxillik təcrübəsinə əsaslanaraq öz metodikası ilə uşaqların bilik səviyyəsini təyin edir və onlarla müvafiq qaydada məşğul olur, belə demək mümkünsə nə müəllim uşaqdan narazı qalır, nə də valideyn müəllidən. 
     Əslində bugünki təhsil heç də qənaətbəxş deyil. Yazırıq və fikirlərimizi mətbuat vasitəsilə gündəmə gətiririk, lakin yenə də yerimizdə saya-say qalırıq.Dövlət səviyyəsində edilən kadr dəyşikliləri imkan yaratmır ki, təhsil sistemində bir az yumşalmalar edilsin. Axı həqiqətən məsələyə aydınlıq gətirsən,məsələn,birinci sinif şagirdləri qiyabi, ya koputer vasitəsilə birdən-birə üç dili, uşağın beyni bütün tədris olunan proqramı necə yadda saxlasın? Hələ yeni bünövrə qoyulan birinci sinif şagirdi uç dili birdən şifahi şəkildə necə qavrasın?Bu münval şagirdlərə xarici dil öybilmə qbliyyəti bəri başdan zəif bünövrə yaratmırmı? Hətta bu gün sovet təhsil rədərkən,öz dilimizdən də oluruq. Belə sual olunur, bəs bizim Təhsil Nazirliyi görəsən bunların fərqindədirmi? Bizim gələcəyimiz hara gedir? Yenə də fərqinə varanda təbəqələşmə öz işini görməkdə davam edir, yəni bu gün hansı valideyn imkanlıdırsa, öz övladına istədiyi kimi tədris olunan fənnləri xüsusi müəllim tutaraq mənimsədə bilir, lakin onun heç vecinə də deyil ki, bu artıq yüklənmələrdən onların övladları gələcəkdə sağlamlıq baxımından hansı fəsadlar yaradacaq.
     Yenə bu məsələni qoyuram bir kənara, qulağıma bir məsələ də dəyir ki, yeni təhsil nazirinin gəlişi ilə əlqədar bəzi məktəblərdə kadr dəyişikliyi edilir. Deyək ki, çox gözəl, maraqlıdır yeni təyin edilən direktor kənarlaşdırılandan savadlıdırmı? Axır vaxtlar eşidirik ki, yeni təyin olunan direktorların əksəriyyətinin heç pedoğoji savadı yoxdur. Bu arada onu da deyim ki, doğrudan da insanın qulağı gündə bir söz eşitməsə kar olar. Əlbəttə, nazirlik səviyyəsində dəyişdirilən məktəb direktorlarının qeyri peşəkarlığı pedağoji cəhərdən mükəmməl olan təcrübəli müəllimlərin haqlı narazılığına səbəb olur. Acınacaqlı odur ki, yeni təyin olunmuş bu qeyri- peşəkar məktəb direktorları məktəblərdə bəzi dəyişikliklər aparmaqla özünün daha da qeyri peşəkərlığını nümayiş etdirərək, müəllimlər arasında böyük qamaqala səbəb olur.Hətta bu qalmaqalların bir ucu da valideylərə gəlib çıxır. Hər halda uşaq oxudan valideyn bu gülünc dəyişikliyi bəyənmədiyinən fikrini qəti şəkildə öz övladının sinif müəlliminə bildirir. Beləliklə məktəbdə müəllim- valideyn qalmaqalı yaşanır.Mən heç valideynləri qınamıram. Çünki maddi baxımdan zəif olan valideyn müəlimin tələb etdiyi xərcləri ödəyə bilmir.Bəli, nəzər yetirin, bu gün bizim cəmiyyət hansı günlərini yaşayır. İndi siz deyin, bizim yolumuz hardan başlayıb, hara gedir? Belə tərəqqi nə vaxta kimi davam edəcək və tənəzzülün astanasında ZAMANA salam verəcək?! Bu nə bəladır düşmüşük....!

 

 

   

 

      Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam