Rusiya səfiri XİN-ə çağırıldı -SƏBƏB

Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yenixeber.org: Bu barədə Monteneqronun Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi rusiyalı diplomatın parlamentin ölkə silahlı qüvvələrinin NATO-nun Ukrayna üzrə Təhlükəsizliyə Yardım və Təlim Birliyinə (NSATU) daxil edilməsi barədə qərarını qiymətləndirməsini və prezident Yakov Milatoviçin Fransanın “La Croix” qəzetinə müsahibəsinə verdiyi şərhi qeyd edib.
“Son vaxtlar yersiz bəyanatlar Monteneqronun daxili işlərinə açıq və qəbuledilməz müdaxilənin bariz nümunəsidir. Monteneqro heç kimə öz institutlarının ləyaqətini alçaltmağa imkan verməyəcək”, - bəyanatda deyilir.
Xatırladaq ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, görüş zamanı noyabrın 14-ü təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İskəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.










AZ
RU