Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Prezidentin çıxışı ciddi dönüş yaradacaq”

 

“Azərbaycanda bəzi ictimai xadimlərin, hökumət üzvlərinin və məmurların öz dilimizdə danışa bilməməsi böyük bir faciədir. Prezident İlham Əliyevin də öz çıxışında dil məsələsinə xüsusi diqqət yetirməsi bunu deməyə əsas verir”. 

Xeberinfo.com:   Məlumata görə, bunu AzNews.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində dil məsələləri haqqındakı çıxışına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, prezidentin dil məsələləri bu qədər həssaslığı son dərəcə sevindirici haldır: “Bir neçə xarici dili yüksək səviyyədə bilən İlham Əliyev öz nitqi və danışığı ilə həmişə məmurlara örnək olub. Onlara sübut eləməyə çalışıb ki, ana dilində təmiz və konkret olaraq necə danışmaq lazımdır. Görünür, prezident artıq dil haqda olan iradları dilə gətirməyə vadar olub. Çünki bir çox məmurlarımız ana dilində danışmır, onlar öz ana dilini belə öyrənə bilməyiblər. Hətta məmurların çoxunun uşaqları da heç öz dillərini bilmir. Həmin məmur övladlarının çox bir qismi əcnəbi dillərdə danışır. Bu, böyük bir faciədir. Çünki gələcəkdə Azərbaycanı öz dilini bilməyən, milli təfəkkürü olmayan, ana dilində düşünməyi bacarmayan gənclər idarə edəcək. Görünür, prezident də bu sahədəki problemləri görür, hiss edir və çox narahatdır. Ona görə də bu dəfə açıq şəkildə çıxış edib. Prezidentin bu çıxışında ciddi bir tənbeh var. Həm də çıxışda nəzəri cəhətdən doğru bir yanaşma var ki, Azərbaycan zəngin dildir. Bu dildə müxtəlif fikirlər ifadə etmək mümkündür. Bu dil bizim millətimizin varlığıdır. Eyni zamanda dilə yabanı sözlərin gəlməsi dil üçün böyük bir problemə çevrilə bilər. Hesab edirəm ki, prezidentin bu çıxışı dilimizin inkişafı ilə bağlı dövlət proqramından və sərəncamdan sonra bu dil məsələlərinə növbəti dəfə diqqətin cəlb olunmasıdır. Mən Azərbaycan Dil Qurumunun başqanı olaraq sevinirəm ki, nəhayət, prezident səviyyəsində dilimizə bu qədər konkret münasibət bildirildi. Bu münasibət ciddi bir dönüşə səbəb ola bilər”.

Bakıda rus dilli məktəblərin çoxluğuna da diqqət çəkən Sabir Rüstəmxanlı deyib ki, orta məktəblərdə və universitetlərdə rus bölmələri yığışdırılmalıdır: “Bakıda maksimum 5 rus dilli məktəb ola bilər. Amma bütün məktəblərdə rus bölməsinin və universitetlərdə bütün fakültələrin rus bölmələrinin olmasını başa düşə bilmirəm. Azərbaycanda dövlət dili və təhsili Azərbaycan dilidir. Əlbəttə rus və ingilis dilləri də öyrənilməlidir. Bunun üçün ayrıca məktəblər və ya fakültələr açmaq olar. Necə ki, ayrıca fransız məktəbi tikilib. Buna bənzər rus məktəbləri də ola bilər. Amma bütün məktəblərin yarısının rus məktəbi və ya çox bir qismində rus dilinin keçirilməsi düzgün deyil. Hətta bu tip məktəblər elə yerlərdə yerləşdirilib ki, uşaqlar bəzən uzağa getməmək üçün bu cür məktəblərə getməyə məcbur olurlar. Əhali arasında yanlış bir təsəvvür var ki, guya, rus dili məktəblərinin səviyyəsi yüksəkdir. Ona görə də uşaqlarının həmin məktəblərdə oxumasını istəyirlər. Bu, sovet dövründən qalma təfəkkürdür. Belə ki, həmin dövrdə məmurlar uşaqlarının hamısını rus dilli məktəblərdə oxutduqlarına görə, daha çox həmin məktəblər təmir olunub, onlara daha çox diqqət yetirilirdi. Amma indi öz ana dilli məktəblərimizin səviyyəsi rus dilli məktəblərdən aşağı deyil. Ümumiyyətlə, bu işdə olan problemlər və dərsliklər yavaş-yavaş öz yoluna düşür. Bundan sonra da bu sahə daha yaxşı səviyyəyə çatacaq. Məncə, ölkə başçısının bu çıxışı buna da öz təsirini göstərəcək”.

Xalq şairi vəkili bu işdə daha çox valideynləri günahlandırıb: “İş o yerə gəlib çatıb ki, dövlət başçısı qarışmalı olub. Halbuki prezident bu məsələyə qarışmalı deyil. Dil hər bir vətəndaşın qeyrətindən asılı bir məsələdir. Hansı bir ölkə öz uşaqlarını ana dilində yox, başqa dildə oxutdurur? Valideyn övladını ikinci bir dil öyrətmək üçün onu başqa bir məktəbə qoya bilər. Niyə bizim millətimiz bu qədər müqavimətsizdir? Niyə öz dilimizi sevmirlər? Valideynlər öz uşaqları ilə öz dillərində belə danışmaq istəmirlər. Elə bil bu dilə düşmən münasibəti var. Ya bunların qanı təmiz deyil, ya da bunlar bizdə yaşayan azqınlıqlardır ki, ölkəmizdə yaşaya-yaşaya, Azərbaycanın çörəyini yeyə-yeyə dilimizi sevmirlər. Ya da ki, bunlar özü bizdən olan, amma niyyəti kənarda olanlardır”. 

Sabir Rüstəmxanlı bəzi nazirlərin öz ana dilimizdə danışa bilmədiyini və bunun millətə qarşı sayqısızlıq olduğunu qeyd edib: “Bəzi xarici ölkə səfirləri ölkəmizdə bizim dilimizi öyrənirlər. Amma bizim bəzi nazirlərimiz var ki, uzun illərdir öz ana dilini öyrənə bilmir. Hətta bu dildə danışa da bilmirlər. Mən bunu bacarıqsızlıq saymıram. Bunu millətə sayğısızlıq hesab edirəm. Öz dilinə, dövlətinə və millətinə hörmətlə yanaşan adam bunu etməməlidir. Ona görə də bu, hamı üçün bir siqnal olmalıdır”. 

Qurum başqanı reklamların milliləşdirilməli olduğunu da bildirib. onun fikrincə, öz dilində danışmamaq milli ləyaqətin olmamasından irəli gəlir: “Bu, sadəcə şüursuzluqdur. Bu, milli ləyaqətin olmamasıdır. Bu, özünə sayğısızlıqdır”. 

S.Rüstəmxanlı İranda Azərbaycan türklərinin təhqir olunmasını da qeyd olunan problemlə bir çox məqamlarda bağlı olduğunu bildirib: “Hazırda İranda türklərin necə təhqir olunduğunu görürük. Çünki 40 milyon türk öz ana dilində oxumur, öz ana dilində məktəb açmaq haqda fikirləşmir. Özünü fars ideologiyasına təslim edib. Ona görə də bu gün küçələrə çıxmağa məcburdur. Bunu nəzərə almaq lazımdır. Hər bir uşaq öz ana dilində oxumalıdır. Sonra neçə dil istəyir öyrənsin. Uşaqlar ibtidai və orta məktəbi öz ana dilində oxumalıdır ki, onun şüuru düzgün tərbiyə olunsun”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam