Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Baş pediatr:“Uşaqlar arasında virus epidemiyası müşahidə olunmur”

 

 

"Bu il payız mövsümündə havaların soyuması tədricən yox, anidən baş verib. Təbii ki, belə havada uşaqların bu rejimə uyğun geyindirilməsi və qorunması tələb olunur. Lakin bu məsələyə hər valideynin fərqli yanaşması olur. Təəssüf ki, bütün valideynlər prosesləri düzgün şəkildə qiymətləndirə bilmir, etinasızlıq edirlər. Nəticədə də zərər çəkən uşaqlar olur".

 

Yenixeber.org: Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib. Baş pediatr qeyd edib ki, payızda bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da məktəblərin açılması kollektivlərdə uşaqlar arasında mövsümü xəstəliklərin artmasına zəmin yaradır. O qeyd edib ki, belə şəraitdə xəstəliklərin yayılma riski də yüksəkdir: "Ona görə də həm müəllimlər, həm də valideynlər, uşaqlarla təmasda olan yaşlı insanlar bu məsələləri düzgün qiymətləndirərək onları qorumağı bacarmalıdır. Bu gün ölkədə virus epidemiyası halları müşahidə olunmur. Bu o demək deyil ki, sabah hər şey qaydasında olacaq. Ona görə də uşaqları fəslə uyğun olaraq qidalandırmaq, geyindirmək vacibdir. Uşaqlarda xəstələnməyə meyllilik gördükdə onu məktəbə, kollektivə göndərmək əvəzinə tibb mütəxəssisinin yanına aparmaq lazımdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam