Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BİZƏ ÖZGƏ PALTARI ÇOXMU YARAŞIR?!

 

"Xeberinfo.com":  Yazmaq istədiklərim məncə sizləri düşünməyə məcbur edəcək və əminəm ki, düşündürəcək. Hər kəs özlüyündə ətrafa nəzər yetirmiş olsa nəyin şahidi olar? Bu suala belə cavab verərdim ki, əvvəllər çox nadir hallarda mükəmməl qələmi olan yazara rast gəlmək olardı. Lakin bu gün dili söz tutan – tutmayan hamı nə isə yazır. Amma nə yazır? Əvvəllər kitab- dəftər mağazalarında qələm kağız tapılmırdı. Muasir dövrümüzdə isə tapılmayan kitab – dəftərin yerini yeni quruluşlu mobil telefonlar tutur. Hal – hazırda ətrafımızda cib telefonu olmayan insan yoxdur. Cəmiyyət içində olanda insanın ilk diqqətini cəlb edən vətəndaşların əllərində telefon daima ( hətta qulaqcıqla) barmaqlarının dayanmadan işlədiyinin şahidi oluruq. Mən özüm dəfələrlə sürücü ilə sərnişin mübahisəsini görmüşəm. Sürücü sərnişinə yol haqqının qalığını qaytaran zaman aralarında qalmaqal düşməsi də diqqətimdən yayınmayıb. Çünki pulu verib qalığını gözləyən sərnişinin, qulağında qulaqcıq olduğundan sürücü deyəni eşitməyib və düşdüyü düruma əsəbləşən sürücü sərnişinin üstünə bağıraraq: “Cıxart da o zəhrimarı qulağından!” Bu sözün müqabilində sürücünün eşitdiyi cavab belə olur: ”A kişi kar özünsən!” İndi sözümü gətirirəm yenə yuxarıda qeyd etdiyim fikrə, yəni bu gün hamı yazır, amma maraqlıdır görəsən nə yazır? Eşitdiyimə görə biri sevgidən, digəri vəfasızlıqdan, biri gündəlik məişət problemlərindən, xülasə hamı yazır və yola–düzə baxmadan harda gəldi barmaqlar avtomat kimi işləyir.

Hətta yazanların çoxu gənclər olduğundan dəfələrlə yaza – yaza yol keçən zaman qəzalara səbəb olublar. Əvvəllər mənə də maraqlı gələrdi axı nə qədər yazmaq olar? Sən demə bu millətin çoxu internet abunəçiləri imiş. Mən bunu o vaxt dərk etdim ki, mən də feysbuk izləycisi oldum və sonra anladım ki, yolda – izdə əllərində telefon həyatlarını riskə ataraq dostları ilə yazışırlarmış. Baxın elm və texnika inkişaf etdikcə sanki sən dünyanı gəzirsən, dünya özü sənin ovcunda olur. İstədiyin müxtəlif xarakterli insanlarla ünsiyyət qura bilirsən. Bunun nəyi pisdir ki....?! Daha AVROPA bizə nə versin! Bütün əxlaq, mənəviyyat kodekslərini bu virtual aləmdə görmək mümkündür. Bu aləmdə də səviyyəli – səviyyəsiz özünü göstərməkdədir. Pis xususiyyətlərinə baxmayaraq, yaradıcı insan üçün açılan bir pəncərədir çünki kimin ürəyinin sözü varsa qəlbinin duyğuları cövlan edirsə bu pəncərədən baxaraq özünə oxucu toplayaraq yaradıcılığını fb izləyicilər ilə bölüşə bilir.Heç də qınanılası deyil çünki yazan çox olsa da oxuyan yoxdur. Zənnimcə heç oxuculara da fikirlər birmənalı olmamalıdır.Axı söz azadlığı, qələm bolluğu kağız qıtlığı çəkməyən yazarların təfəkküründən süzülüb gələn fikirlər oxucuların marağı ilə üst – üstə düşmür.Elə bu səbəbdən də kitab köşklərində kitabları toz basır. Nəzərə alsaq ki, bir çox səbəbdən fb yazarlar üçün əlverişli sayılır ki, ürəyi dolu yazarlar daha nəşriyyatın qapısına ayaq döymürlər və hər hansı şeir və məqalələrini mətbuatda yaymaq üçün vermək istədikləri pul ciblərində qalır. Bu çox təqdirə layiqdir. Amma fb – da elə insanlar var ki, sanki macəra axtarışına çıxıblar. Sizlərə deyən gərək a millət əlinizdə belə fürsət varkən niyə cəmiyyətin dərdi – sərindən yazmırsınız?Bəs xəbəriniz varmı ki, şair Qiymət Məhərrəmli demişkən; “Bu millətin dərdi yaman böyükdür. Hamı günün müəyyən vaxtlarında bir – birilə ünsiyyətdə olur. Niyə dərdləşmirsiniz? Niyə cəmiyyətin düşdüyü vəziyyəti müqayisə etmirsiniz? Boş cəfəngiyat fikirlərlə bir – birinizi yorursunuz? Yazılası, çözüləsi o qədər dərdimiz varki.... heç bitib tükənməz. Yazın bir çarə axtarın, bir yol tapın, mənəviyyat əldən gedib, insanlar laqeyidləşib, sanki millətimizi bataqlıq çəkir- çəkə bildikcə!!! 
Heç özünüz özünüzə sual verdinizmi “Bu bizikmi?” Bu gün məndən soruşan olsa bilmirəm necə deyim ki, bəli mən Azərbaycanlıyam. Haralardan gələn əcnəbi öz adət- ənənələrinə bizim xalqın timsalında rişxəndlə baxırsa, bəs bizim gözümüz hara baxır? Əslində aktual olan məsələləri telekanallar və mətbuat nümayəndələri ictimayyətə çatdırmalıdır. Əfsuslar olsun ki, izləyicilər yayımlanan əxlaqi prinsiplərə yad olan proqramları izləməkdən beziblər. Ən acınacaqlı hal budur ki, tele- məkan xalqa xidmətdən başqa kimlərəsə qulluq etməkdədir. Hansı dəyərli proqramdan söz edək. Hansı kanalı açırsan mətbəxt proqramları yayımlanır. Moda ilə bağlı arvad sifətli stilistlər insanlara necə geyiməyin sirlərini aşılayırlar. Bir sözlə tele- məkanda milli mənəvi dəyərlərimizə cavab verməyən və insanların zövqünü korlayan bu proqramlar öz əksini tapmaqdadır.Hətta mətbəx proqramına baxan elə ailələr var ki, bəlkə də axşam yeməyə heçnə tapmayıb ac yatıblar. Görəsən, bu yazıq milləti səhər – səhər niyə acqarına doydururlar. Bu proqramın kimə nə faydası var? Hansısa bir ailənin əlində ovcunda nəyi varsa xərcləyib özü öz mətbəxinin kulinarı ola bilər. Yavanlığı olmayan insanın nəyinə lazımdır ki, italyan mətbəxindən və ya qeyrisindən nə isə götürsün?
Bilmirəm bizlər niyə özümüzü gülünc yerinə qoyuruq? Bizlər niyə öz paltarımızdan imtina edirik? Məgər özgə paltarında görünmək bu qədərmi gözə xöş görünür? Niyə öz yerişimizi yeriyə bilmirik? Kənardan diqqət edək, heç ördək qaz yerişi yeriyə bilərmi? Əllbəttə ki, hamımız bir ağızdan yox deyərik.Hələ heç dilimizdə işlənən ifadələri demirəm. Maraqlıdır ölkəmizə ayaq açan əcnəbilərin hansına deyə bilərik ki, Azərbaycan dilində danış. İnandırım ki, tez – tələsik insanın üzünə durarlar və çəkinmədən deyərlər “MƏNİM DİLİMƏ NƏ OLUB Kİ?!....” Baxın, biz yalnız bu cavabı ala bilərik. Sizə deyən gərək a millət, bəs sənin nəyinə lazımdır gördüyün xarici vətəndaşla onun dilində danışasan?! Bəzən elə olur ki, mən öz vətənimdə özümü qərib hiss edirəm. Mənə irad tutmayın, heç bir xarici dilin əleyhinə deyiləm. Dil bilmək gözəl! Amma öz dilini daha mükəmməl bilmək ondan da gözəl!
Gəlin biz, özümüz olmağı bacaraq! Özümüzü unutmayaq! İnsanın və ya bir millətin FACİƏSİ özü tərəfindən unudulmasıdır. Bəli əsl faciə!

TƏRANƏ ABİDOVA.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam