Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TƏHSİLDƏ İSLAHAT VƏ QAVRAMA

                                     

     

       Bugünkü müsahibim Bakı şəhəri 20 saylı orta məktəbin təcrübəli pedaqoqu və metodisti, ibtidai sinif müəllimi   Lətafət Aslanovadır.

 -Lətafət müəllimə, istərdim bugünki təhsil proqramı ilə əlaqədar bir az fikir mübadiləsi edək. Məncə təcrübəli müəllimə kimi yeni təhsil sistemi ilə bağlı ictimayyəti narahat edən fikirlərə sizinlə birlikdə cavab tapa bilərik.

-Buyurun, sizi eşidirik.

-Bu gün təhsildə aparılan islahatlar, şagirdlərin təfəkkür tərzi ilə üst-üstə düşürmü? Ələlxüsus da birincilərin?

-Xeyr, məktəb yaşlı  uşaqlar indiki təhsil proqramının çətin mərhələsi ilə üz-üzə durublar. Hətta mənim özümə də təəccüblü görünür və hərdən fikirləşirəm ki, 50 qramlıq beyinə bu zavallı uşaqlar “bir tonluq” dərs yükünü  necə sığışdırsınlar, hətta bu balacalara ürəyim acıyır.

 

-Lətafət müəllimə şagirdlərin mənimsəmə qabliyyətində  çətinlik törədən fənnlər hansılardır?

 

-Tərəddüd etmədən deyərdim ki, bütün fənnlər. Hər fənnin öz ağırlığı var. Məsələn, riyaziyyat kitabında V-XI sinfilərdə tədris olunan fənnlər I-IV sinfin tədris kitablarında özünə yer tapıb.Bu göstəricilər birinci sinif şagirdləri üçün çox, hətta deyərdim həddindən artıq  çətinlik törədir.Birincilərin Azərbaycan dili üzrə qrammatika kitabı yoxdur. NİYƏ? Bu sualı mən həmişə öz-özümə verirəm.Mənim düşüncəmə görə “Azərbaycan dili” ilə “Əlifba” kitabları  hərəsi ayrı bir kitab olsa daha məqsədə uyğun olardı.Əlifba kitabının Azərbaycan dilinin qrammatikası ilə qarışdırılması uşaqları çaş-baş salır. Şagirdlərə sual edəndə əlifbada neçə hərf var, mənə sualla cavab verirlər ki, müəllimə o hansı kitabdır?Bu acı nəticəni sinif müəllimləri ilə birgə  valideynlər də  təsdiq edə bilərlər.Mən ümid edirəm ki, uşaqların arzusu nəzərə alınaraq yeni dərs ili  üçün “ƏLİFBA” kitabının ayrıca nəşri haqqında düşünərlər.Məncə “Azərbaycan dili” “Əlifba”dan ayrılmalıdır. Kitablar  6 yaşlı uşaqların başa düşüb, qavraya bilməyəcəyi sözlərlə zəngindir.Dərsliklərdəki çətinliklərə baxmayaraq, biz məcburuq ki, birinci yarım ildə uşaqları summativ qiymətlədirərək onların həvəslə oxumasına şərait yaradaq. Mən şəxsən heç bir 6-7 yaşlı şagirdi günahkar saya bilmərəm, çünki sinifdə olsa –olsa iki şagird müəyyən mənada yeni təhsil sisteminin 80 faizini qavraya bilr. Bu metodu tətbiq etməsəm uşaqların bilik səviyyəsini bir –birindən ayırd edə bilmərəm. Mənim düşüncəmə gəlincə, əgər şagirdlər verilən proqramı yetərincə mənimsəyə bilmirlərsə belə qiymətləndirmə nəyə gərəkdir.Həm də onu qeyd edim ki, sinifdə  bütün şagirdlərin qavrama səviyyəsi də eyni deyil.

 

-Sovet təhsil sistemi ilə bu günki  təhsil sisteminin fərqli və oxşar cəhətləri və sizin buna münasibətiniz?

 

-Sovet təhsil sistemi daha asan idi. Lakin  müasirləşən təhsil proqramı çox qarışıqdır. Dərs vəsaitlərində bir səhifə digər səhifəni tamamlamır. Əvvəllər ardıcıllıq vardı, amma tədricən bu ardıcıllıq hansısa səbəblərdən öz aktuallığını itirdi. Biz demirik ki, irəliyə getməyək, getməliyik, amma I pillədən 100 –cü pilləyə birdən hoppanmaq çox çətinliklər yarada bilər.Məsələn, I-IV sinfin riyaziyyat kitabları həndəsi fiqurlardan ibarətdir.Birincilər necə başa düşsün ki, kub nədir, düzbucaqlı prizmanın neçə tili, neçə üzü var. Nə qədər anlatmağa çalışsam da sinifdə yalnız bir neçə şagirddən başqa heç biri başa düşmür.Riyaziyyatı isə zorla əzbərlətmək isə qəti düzgün çıxış yolu deyil, bu şer deyil ki....Mənə qalsa, yeni təhsil sistemi üçün vurma cədvəlini öyrənmək uşaqlar üçün daha vacib element sayıla bilər.Əvvəlki təhsildə ardıcıllıq, zəncirvarilik vardı. Bu ardıcıllıq uşaqların yüksək nəticələr əldə etməsinə böyük təkan verirdi.Məncə hamınızın yadındadır, əvvəllər məktəblərdə fənnlər üzrə ayrıca dərnəklər fəaliyyət göstərirdi və uşaqlar dərnəklərin fəaliyyətindən yetərincə faydalana bilirdilər.İndi isə bu dərnəkləri telefonlar, komputerlər və internet əvəz edir və elə bu baxımdan da indi müasirləşən gənclikdə heç 90 faiz təlim-tərbiyə qamayıb. Müasir həyatda yeniliklə ayaqlaşmaq lazımdır, lakin, hər  bir yenilik də müəyyən çərçivə daxilində olmalıdır.Heyrətamiz hal budur ki, müasir şagirdlərdə söz bazası cox zəifdir,səbəb mütaliənin olmamasıdır.Hər kəs hər şeyi internetdən öyrənməyə çalışır. Beləliklə, bizlər tamamilə mütaliədən uzaq düşmüşük. Bu göründüyü kimi xırda problem deyil.Elə bu səbəbdən də müasir gənclik nə qədər inkişaf etsə də, intelekt də bir o qədər aşağı səviyyədədir.     

 

-Uzun illərdir müəllim kimi fəaliyyət göstərirsiniz, təhsil verdiyiniz şagirdlər bu gün cəmiyyətdə öz yerlərini tuta biliblərmi?

 

-Əminlikə deyə bilərəm ki, bəli.

-Bəs bu gün müəllim-valideyn münasibətləri hansı səviyyədədir?

-Orta səviyyədə...

-Yəni...?

-Çalışıram ki, ayrı –ayrılqda valideynlərlə də dil tapım və hər kəslə öz dili ilə danışım. Belə olan təqdirdə müəllim  valideynlə münasibət qura bilir. 

 

-Mən özüm də Sovet  sistemində təhsil aldığım üçün, çox istərdim məktəblərdə vahid məktəbli forması olsun.Çünki o dovürdə hər məktəb üçün vahid məktəbli forması mütləq idi. Şagird başqa geyimlə məktəbə daxil ola bilməzdi.Bəs indiki sistemdə bu qayda-qanuna riayət olunurmu?

 

-Bəli, deyərdim ki, sizinlə tamamilə razıyam. Sizi inandırım ki, oxuduğum məktəb illəri hələ də yaddaşımdan silinməyib. Çox gözəl günlər idi.Lakin hər şeyə rəğmən hər dövrün özəllikləri var və  bunu da nəzərdən qaçırmamalıyıq.

-Bu məsələ məncə hamını düşündürür və diqqətdən kənarda qala bilməz. Mən təcrübəli müəllim kimi, məktəbdə təcrübə keçən tələbələrin səviyyəsindən gələcək kadrların  bizdən daha güclü olacaqlarını əfsus ki, deyə bilməyəcəyəm,çünki bunu onlarda hiss edə bilmədim, əminliklə deyərdim! Əlbəttə, hər nə var qocaman müəllimlərdə var.

 

 

  -Çalişdığınız kollektivdə şagirdlərə və dərs proqramına yanaşma tərzinizin fərqliliyi sizin timsalınızda özünü göstərir. Məktəb elitasının sizin pedaqoji fəaliyyətinizə münasibəti necədir?

 

   -Məncə, bu sualı məktəb elitası cavablandırsa daha düzgün olardı.Mən isə işlədiyim kollektivdən narazı deyiləm.

- Lətafət müəllimə, müsahibəyə görə təşəkkür edirəm. Könül istər ki, arzular kağız üzərində qalmasın, nəzərə alınsın....

Qeyd: Mən gündəmi zəbt edən aktual olayları izləyən yazar kimi təhsildə gedən dəyişikliklərə ictimaiyyətin baxış bucağından baxdığım üçün istərdim təhsil sistemində yenidən islahatlar aparılsın. Məncə indiki təhsil sistemi şagirdləri cəmiyyət üçün  savadlı kadr kimi yetişdirməyə qadir deyil. Hər halda, təhsildə olan bu geriləməni təcrübəli pedaqoqlar daha aydın görür,lakin həyəcan təbilinin səsini gözləyirlər........

                                                                 

Söhbəti apardı: Təranə Şəms        

                                                                                 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam