Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

TƏBİB-in departament rəhbərinin tibbi təhsili yox imiş

TƏBİB-in departament rəhbərinin tibbi təhsili yox imiş


TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı məlum olub.

Yenixeber.org: Çobanlının rəhbərlik etdiyi departament ölkə üzrə poliklinikalar, ailə sağlamlıq mərkəzləri və Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fəaliyyətinə nəzarət edən ən kritik sahələrdən biridir.

Mövcud məlumatlara əsasən, Rəşad Çobanlı 2010–2015-ci illərdə peşəkar həkimliklə əlaqəsi olmayan, əvvəllər “sanfak” kimi tanınan ixtisas üzrə təhsil alıb. Yəni onun ali təhsili səhiyyə sahəsi ilə bağlı deyil. O, daha sonra “Linkedin” platformasında BDU-da magistr təhsilini tibb sahəsi üzrə davam etdirdiyini qeyd edib. Lakin bu, onun ən kritik səhiyyə strukturlarından birinə rəhbərlik etməsi üçün zəruri olan tibbi ixtisaslaşmanı əvəz etmir.

Açıq mənbələrə görə, Çobanlı MBA biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə və bir sıra beynəlxalq sertifikatlara sahibdir. Lakin rəsmi məlumatlarda onun tibbi sahə üzrə baza və ya rezidentura təhsilinə dair hər hansı qeyd yer almır.

Xatırladaq ki, Rəşad Çobanlı daha əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində vəzifə icra edib, ardınca TƏBİB-ə keçərək uzun müddətdir İlkin Səhiyyə Xidməti Departamentinə rəhbərlik edir və hazırda özünü “səhiyyə siyasəti üzrə konsultant” kimi təqdim edir.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Çobanlının TƏBİB sədrliyinə mümkün namizəd kimi adı hallanmışdı.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.(Teleqraf)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam