Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

"Arvadı ilə gələnə bir qiymət, məşuqəsi ilə gələnə başqa qiymət..." -Yeni "qaydalar"

Son günlər Azərbaycanda bəzi iaşə obyektlərinin müştərilərinə yeni "qaydalar" tətbiq etməsi müzakirələrə səbəb olub. Restoranların, necə deyərlər, "damara baxıb qan almalarından" narazı qalan da var, razı qalan da... 

Yenixeber.org: Tez-tez bölgələrə səfər edən jurnalist Azər Qərib də məsələ ilə bağlı təəssüratını paylaşıb. 

O bildirib ki, obyektlər vahid qiymətlə yox, müştərinin sosial statusu və maddi vəziyyətindən asılı olaraq göstərdikləri xidmətə görə qiymət təyin edirlər: “Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. “Jiquli” ilə gələnə bir qiymət, “Bentley” ilə gələnə digər qiymət. Şortiklə gələnə əlavə ödəmə...Ərəblərin isə ümumiyyətlə, mərhəmətə zərrə qədər də şansları yoxdur, tanış gəlir?

Bəli, Azərbaycanın bir çox restoran və kafelərində menyu söhbəti yoxdur, ələlxüsus, bölgələrdə. Ofisiantlar gələn müştərini gözləri ilə skan edirlər. Harada işləyir, maaşı nə qədərdir, “konvert”də nə qədər alır, neçə faiz “otkat”la işləyir, öz pulunu xərcləyir, yoxsa əxlaqlarında ciddi problemləri olan bu qızları qayınatasının puluna yedizdirir?! Dərhal beyinlərində növbəti qurbanın vergi deklarasiyasını doldururlar”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam