Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

FHN -Qazaxda sərhəd zolağında baş verən yanğınla bağlı məlumat yayıb

FHN Qazaxda sərhəd zolağında baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə iyulun 6-da axşam saatlarında Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında yanğın olması barədə məlumat daxil olub.

Yenixeber.org: FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın Ermənistan Respublikası ərazisində başlayıb və Azərbaycan Respublikasının ərazisinə keçib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində Qazax rayonunun Aslanbəyli və Qaymaqlı kəndləri ərazisinə (quru ot və kol-kos olan açıq ərazilər) keçən yanğınların geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın səhər saatlarında söndürülüb.

Təqribən, 180 ha sahədə quru ot və kol-kos yanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam