Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycanda -elektron sağlamlıq kartlarının verilməsi dayandırılır

Yaxın gələcəkdə Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılacaq.

Yenixeber.org: Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən bildirilib.

Mərkəzdən qeyd olunub ki, artıq vətəndaşlara aid sağlamlıq haqqında və digər məlumatlar onların şəxsiyyət vəsiqələrinə inteqrasiya olunacaq.

"Beləliklə, Səhiyyə Nazirliyinə kartların alınıb-paylanması ilə bağlı vəsait verilməyəcək, bu proses artıq dayandırılıb. Hazırda az sayda elektron sağlamlıq kartı qalıb ki, onların da paylanılması bitmək üzrədir", - deyə Mərkəzdən qeyd ediblər.

Diabet və tibbi müayinə keçirən xəstələrə gəldikdə, Mərkəzdən bildirilib ki, bu kateqoriyalardan olan pasiyentlər barədə zəruri məlumatlar onların şəxsiyyət vəsiqəsinin FIN kodu əsasında sistemdə öz əksini tapacaq.

Qeyd edək ki, bu günədək Mərkəz tərəfindən ölkə üzrə yeni doğulan körpələrin valideynlərinə 1,4 milyondan çox e-sağlamlıq kartları verilib. Bununla yanaşı, diabet xəstələrinə 112 mindən, tibbi müayinə keçirən xəstələrə isə 3,5 mindən çox kart verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam