Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Qida Təhlükəsizliyi İnstitutu -ötən ili yarım milyon manat zərərlə başa vurub

Qida Təhlükəsizliyi İnstitutu ötən ili yarım milyon manat zərərlə başa vurub

Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutu 2020-ci ili 467 min manat zərərlə başa vurub.

Yenixeber.org: Bu barədə qurumun maliyyə hesabatı xəbər verir.

Məlumata görə, ötən il İnstitutun əsas əməliyyat gəliri 4,749 milyon manat, satışın maya dəyəri 4,719 milyon manat, inzibati xərcləri 259 min manat, sair əməliyyat xərcləri isə 238 min manat təşkil edib.

Hesabat dövründə Qida Təhlükəsizliyi İnstutuna dövlət büdcəsindən 9,954 milyon manat vəsait ayrılıb ki, bunun da 5,182 milyon manatı əmək ödənişləri və sosial sığorta ayırmaları üzrə xərclərə, 4,356 milyon manatı digər xərclərə, 416 milyon manatı isə uzunmüddətli maddi aktivlərin alınmasına yönəldilib.

Xatırladaq ki, Qida Təhlükəsizliyi İnstitutu 1 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam