Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Mediaya ayrılan pulların bir neçə nəfərin cibinə axmasına imkan verilməməlidir“

“Mediaya ayrılan pulların bir neçə nəfərin cibinə axmasına imkan verilməməlidir“

“Mediaya dövlət dəstəyinin tərəfdarıyam. Hesab edirəm ki, Azərbaycan kimi medianın yenicə inkişaf yoluna qədəm qoyduğu ölkələrdə dövlət media təsisatlarına yardım etməlidir. Amma bu medianın dövlətdən birdəfəlik asılılığına gətirib çıxarmamalıdır. Təəssüflər olsun ki, qəzetlərə edilən maddi yardım hələ də özünü doğrultmayıb”.

Yenixeber.org: Bu fikirləri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, bu günlərdə Medianın İnkişaf Agentliyinin maddi dəstəyi olmasa qəzetlərin çoxu öz mövcudluğunu davam etdirə bilməz: “Bu baxımdan edilən yardımların qəzetlərin maddi bazasının gücləndirilməsinə, böyük auditoriya qazanmasına gətirib çıxarmalıdır. Yəni, bu prosesi elə təşkil etmək lazımdır ki, həmin yardımlar havaya sovrulmasın, edilən yardımın nəticəsi olsun. Bu dəfə yenilik ondan ibarətdir ki, 5 sayta maddi yardım edilsin. Artıq internet mediası bizim xəbər məkanında aparıcı yerə sahibdir. Cəmiyyətimizin əksər hissəsi yeni xəbərləri internet mediadan alırlar. Bu mənada Azərbaycanda internet medianın güclənməsinə, inkişafına ehtiyac var”.

S.Verdizadə vurğulayıb ki, ola bilsin ki, 5 saytın nəzərdə tutulması müəyyən narazılıq yarada bilər: “Lakin bu başlanğıcdır. Mən arzu edərdim ki, gələcəkdə daha çox sayta maliyyə yardımı ayrılması məsələsi nəzərdən keçirilsin. Ümid edirəm ki, ayrılan vəsaitlər təyinatı üzrə xərclənəcək. Medianın İnkişafı Agentliyinin rəhbərliyindən xahiş edirəm ki, güclü monitorinq aparsınlar və ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət etsinlər. Yəni, bu birbaşa kollektivin rifahının yaxşıladırılmasına yönəldilsin. Pulun bir neçə nəfərin cibinə axmasına imkan verilməsin”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam