Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Bir az “ağladığım” üçün TƏBİB-dən diqqət gördüm” -Aytən Səfərova

“Bir az “ağladığım” üçün TƏBİB-dən diqqət gördüm”-Aytən Səfərova

“Müalicəmə əvvəlcə evdə davam etdim, lakin daha sonra həyat yoldaşımla “Yeni Klinika”ya aparıldıq. Azərbaycanda belə bir atalar sözü var: Ağlamayan uşağa süd vermirlər. Bir az ağladığım üçün TƏBİB-dən diqqət və qayğını gördüm”.

Yenixeber.org: Bu sözləri koronavirusdan sağalan aparıcı Aytən Səfərova deyib. O, “Bizimləsən” proqramına telefonla bağlanaraq səhhətinin qaydasına düşdüyünü, lakin tez-tez panik atak keçirdiyini bildirib:

“Bir çox insanlar düşünür ki, xəstəliyi evdə keçirəcəm. Qonşum yaxşı keçiribsə, məndə də elə olar. Amma belə deyil! 10 dəqiqədən sonra nəfəs elə darala bilər ki, insan yerində qala bilər. Zarafat ediləcək bir xəstəlik deyil. İnsan psixoloji olaraq güclü olmalıdır. “COVID-19”un sonuncu növü çox ağır bir ştammdır. İnsan panik atak keçirir. İndiyədək ürəyim tez-tez döyünür, dərmanlar qəbul edirəm. Kəfəni yarıb çıxandan sonra elə bil ikinci dəfə dünyaya gəldik. Yoluxmadan sonra həyata baxış bucağım dəyişdi”.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam