Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Baş infeksionist -“Gürcüstanda kütləvi vaksinasiya hələ mümkün deyil”

Baş infeksionist: “Gürcüstanda kütləvi vaksinasiya hələ mümkün deyil”

“Gürcüstanda koronavirus əleyhinə vaksinasiyaya başlanılsa da, ölkədə peyvəndə qarşı misli görünməmiş passivlik və böyük şübhə var”.

Yenixeber.org: Bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.

Onun sözlərinə görə, bu səbəbdən kütləvi vaksinasiya hələ mümkün deyil: “Əhali peyvəndlənməlidir, əks halda ölkədə epidemioloji vəziyyət daha da ağırlaşa bilər”.

Baş infeksionist bildirib ki, insanlar tövsiyələrə əməl etmirlər və qoruyucu maskadan istifadə göstəricisi 70%-dən 42%-ə düşüb: “Əgər əhali vaksinasiya və qoruyucu maskalardan imtina etsə, o zaman Gürcüstanda pandemiyanın üçüncü dalğası tezliklə başlayacaq”.

Qeyd edək ki, qonşu ölkədə martın 15-dən etibarən “AstraZeneca” peyvəndinin tətbiqi ilə vaksinasiyanın ilk mərhələsinə başlanılıb. Səhiyyə işçiləri arasında peyvəndlənmə prosesində 27 yaşlı tibb bacısı preparatın yan təsirləri nəticəsində dünyasını dəyişib. Bu hadisədən sonra Gürcüstan cəmiyyətində vaksinin effektivliyi və təhlükəsizliyi ilə bağlı böyük şübhələr yaranıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam