Redaktor seçimi
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rusiyalı milyarder Özbəkistan üçün vaksin alır -Usmanov səxavət kisəsini açır

Özbək mənşəli rusiyalı milyarder Əlişir Usmanov öz pulu ilə Özbəkistan üçün yarım milyon doz koronavirus vaksini alacaq. 

Yenixeber.org: Bu sevindirici xəbəri Namanqan vilayətinin sakinləri ilə görüşdə prezident Şövkət Mirziyoyev bölüşüb.

«Əlişir Usmanov dedi ki, öz hesabından 500 min vaksinin pulunu ödəyəcək. Cəmi 1 milyon vaksinin alınacağı planlaşdırılır. O, dedi ki, Namanqanı sevir və xahiş etdi ki, bu vilayətə ilk 50 min vaksin verilsin» - dövlət başçısı bildirib.

Xatırladaq ki, Özbəkistanda vaksinləşdirmə cari ilin martında başlanacaq. Respublika artıq Rusiyanın «Sputnik V» vaksinini qeydiyyatdan keçirib. Onun bu ölkədə istehsalının lokallaşdırılması imkanları da müzakirə olunur.

Usmanovun bu səxavəti Rusiyadkı Azərbaycan mənşəli milyarderlər üçün də bir örnək ola bilər. Həm də nəzərə alsaq ki, Azərbaycan Vətən müharibəsindən yenicə çıxıb, o zaman varlılarımızın Vətənə səxavət göstərməsi məsələsi aktallaşar və bir mənəviyyat borcuna çevrilər.

Gözləyək…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam