
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan rayon sakini Yadulla Səmədov tutulub.
Yenixeber.org: Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, onlardan külli miqdarda psixotrop maddə - metamfetamin, heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.