Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Azərbaycanda insanlar ən çox bu xəstəliklərə tutulur –SİYAHI

 

Ötən il Azərbaycanda 2,9 milyona yaxın xəstə qeydə alınıb.

Yenixeber.org:  Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu, ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayıdır.

Məlumata görə, 1 milyondan çox insan tənəffüs orqanlarının xəstəlikləri ilə qeydə alınıb.

İkinci sırada həzm sistemi xəstəlikləri (241 minə yaxın), üçüncü sırada qan dövranı sisteminin xəstəlikləridir (233 min).

Digər xəstəliklər aşağıdakılardır:

- bəzi infeksion və parazitar xəstəliklər - 225 716 nəfər

- yenitörəmələr - 20 302

- qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular - 83 901

- endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları - 82 764

- psixi pozuntular və davranış pozuntuları - 24 228

- sinir sistemi xəstəlikləri - 89 370

- göz və gözün əlavə aparatının xəstəlikləri - 129 898

- qulağın və məməyəbənzərçıxıntının xəstəlikləri - 76 957

- dəri və dərialtı toxumanın xəstəlikləri - 82391

- sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri - 63 564

- sidik-cinsiyyət sisteminin xəstəlikləri — 165501

- hamiləlik, doğuş və zahılıq dövrü - 62733

- perinatal dövrdə  meydana çıxan xüsusi hallar - 9 980

- anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları - 5111

- digər rubrikalarda təsnif olunmayan klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma hallar - 33 188

- travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - 169 827


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam