Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür –Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur.

Artıq bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair ciddi narazılıqlar gündəmdədir.

Yenixeber.org: Onlarla tələbə və valideyn Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi imtina qərarlarının qanunsuz və əsassız olduğunu bildirir. Lakin bütün bu ictimai təzyiqə baxmayaraq, Agentlik hələ də real və ictimaiyyətə yönəlik bir açıqlama verməyib, problemi həll etmək üçün konkret mexanizm təqdim etməyib.
Əksinə, tələbələrə təqdim olunan imtinalar isə ziddiyyətli və qanunvericiliyə uyğun olmayan əsaslarla izah edilir. Bildirək ki, xaricdə təhsil alan tələbələrin narazılıqları əsasən iki səbəb üzərində cəmlənib:
1. Kredit sayı bəhanəsi ilə imtina: Tələbələrə bildirilib ki, 4 semestrdə 120 kredit toplamaq şərtini yerinə yetirməyiblər (məsələn, 110 kredit toplayıblar). Halbuki Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndində açıq şəkildə yazılıb ki, “Akademik borcu olan tələbənin kreditləri normadan az ola bilər.” Bu isə o deməkdir ki, tədris borcu olan tələbəyə kredit azlığına görə rədd cavabı vermək qanun pozuntusudur.
2. YÖS imtahanı ilə bağlı absurd arqumentlər: Tələbələrin böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub.
Lakin Agentlik onlara bildirir ki, yalnız TR-YÖS nəticələri etibarlıdır. Lakin bu hüquqa tam ziddir– çünki TR-YÖS yalnız 2024-cü ildən vahid formada tətbiq olunur və 2023-cü ildə bu tələbin hüquqi əsası olmayıb: “2023-cü ildə imtahan verən tələbədən 2024-cü il nəticəsi tələb olunur. Tələbələrin və valideynlərin əsas narazılığıda ondan ibarətdir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı doğru-düzgün açıqlama verilmir.  Agentlik ictimaiyyətin bu qədər iradına, mediada yayılan xəbərlərə, hüquqşünasların və ekspertlərin rəyinə ya reaksiya vermir, ya da cavablarında problemin həlli üçün heç bir mexanizm göstərmir.Tələbələr sadəcə cavab istəmir. Onlar konkret, qanuni, obyektiv və şəffaf həll yolu tələb edirlər.Amma cavab gəlmir.Bu isə cəmiyyətdə haqlı bir sual doğurur:
Agentliyin uğurlu, istedadlı olan tələbələrin önünü kəsməsində məqsədi nədir?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam