Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koronavirusa qarşı vaksin sınaqdan çıxdı -90 faiz effektlidir, gələn ay tətbiq oluna bilər

 

"AstraZeneca" şirkəti koronavirusa qarşı hazırladığı vaksinin 90 faizədək effektiv olduğunu bildirir. Bu, qlobal pandemiya ilə mübarizədə daha bir ümidverici xəbər sayılır. Xatırladaq ki, dünyada virusa 58 milyondan çox insan yoluxub, 1.4 milyona yaxıb xəstə vəfat edib.

Yenixeber.org: Şirkət vaksini Oksford Universiteti ilə birgə hazırlayır. Tam bir doza vurulandan azı bir ay sonra daha yarım doza vurulunca vaksinin COVID-19-a qarşı 90 faizədək effektli olduğu üzə çıxıb. İlkin sınaq nəticələri noyabrın 23-də açıqlanıb.

Daha bir qrupa isə iki tam doza azı bir aylıq fasilə ilə vurulub və 62 faiz effekt ortaya çıxıb. Beləliklə, orta effekt göstəricisi 70 faiz olub. Britaniya və Braziliyada aparılan son mərhələ sınaqlarında təhlükəsizliklə bağlı ciddi insident qeydə alınmayıb.

Britaniyanın Baş naziri Boris Conson xəbəri fantastik adlandırıb, eyni zamanda təhlükəsizlik yoxlamalarının vacibliyini vurğulayıb.

“Gələn aydan peyvəndləməyə başlaya biləcəyimizə ümid edirik”, – Səhiyyə naziri Mət Hənkok deyib. Bir sıra digər farmaseptik şirkətlər də vaksin istehsalının son mərhələsindədirlər. Bu sırada "Johnson & Johnson" və "Sanofi-GSK" da var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam