Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həftəsonu rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

 

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Yenixeber.org: Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 10 avqust 2025-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Namizədlər “İmtahana buraxılış vərəqəsi” buradan çap edə bilərlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569 nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd: Bu mərhələdə iştirak edəcək 905 nəfərdən 674 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 231 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam