Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Ermənistan -ölən hərbçilərə görə sığorta pulu dilənir

Ermənistan ölən hərbçilərə görə sığorta pulu dilənir
Ermənistan hökuməti Qarabağda yaralanan və ölən hərbçilərin sığorta pulunu verməkdə çətinlik çəkir.
Yenixeber.org: Erməni mətbuatı xəbər verir ki, Ermənistanda Hərbçilərin Sığorta Fondu vəsait toplamaq üçün ölkədəki sahibkarlara müraciət edib.

“Biri iki edək” şüarı ilə başladılan kampaniyada məqsəd hərbçilərə ödəniləcək sığorta pulunu yığmaqdır. Belə ki, sahibkarlar hər ay sığorta fondunun hesabına min dram (2 dollar) köçürəcəklər. Fondun direktoru Varujan Avetikyan deyib ki, Ermənistanda 55 min sahibkar var və onlar hər ay 2 dollar ödəsə, müəyyən vəsait toplamaq mümkün olacaq.

“Hər kəs başa düşməlidir ki, yükümüz artıb. Çünki nəinki son iki ayda təhlükəsizliyimizi təmin edən, eyni zamanda illərdir bunu edən hərbçilərimiz qarşısında mənəvi və maddi məsuliyyət daşıyırıq. Bu istiqamətdə addımlar atılmasa, ölkə sosial-iqtisadi fəlakətlə üzləşə bilər. Hər kəs əlini uzatmalıdır”.

Lakin bu kampaniya br çox sahikarlar tərəfindən müsbət qarşılanmayıb. Bəziləri bildirib ki, dövlətə ödədikləri vergidən sığorta fonduna vəsait köçürülməli idi. Ancaq bu vəsaitin hara xərcləndiyi naməlum olaraq qalır.

Eyni zamanda koronavirus infeksiyası və Qarabağdakı müharibədə məğlubiyyət ölkənin iqtisadi vəziyyətini çökdürüb. Baş nazir Nikol Paşinyan ətrafında siyasi qalmaqal isə ölkə vətəndaşlarının maddi vəziyyətini daha da ağırlaşdırıb. Odur ki, ölən və yaralı hərbçilərə sığorta pulunun ödənilməməsi yeni sosial partlayışa səbəb olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam