Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Norveçlilər də terrora “yox!” dedilər

 

Norveçin Stavanger şəhərində yaşayan Azərbaycan, türk icmasının nümayəndələri və digərlərinin birgə iştirakı ilə Azərbaycan bayraqları, erməni vəhşiliklərini əks etdirən fotolar, plakat və şüarlarla “Qarabağa azadliq!”, “Erməni təcavüzünə son!” və “Qarabağ Azərbaycandır!” şüarları ilə aksiya keçirilib.
Yenixeber.org: Şəhərin mərkəzi meydanı Byparken pavilyonunda yerləşən parkda azərbaycanlıların başladığı dinc mitinq yerli sakinlərinin də diqqətindən yayınmayıb.

Burada yaşayan həmyerlimiz, azərbaycanlı fəal İradə Esmaelyin deyib: “Biz onlara erməni terrorundan bəhs edən broşürlar payladıq. Aksiyanın məramı və məqsədi barədə şəhər əhalisinə öz fikrimizi çatdırdıq. Stavangerlilər Xocalı faciəsini, Gəncə terrorunu, dinc sakinlərin, körpə uşaqların gecə yatdıqları yerdə bombalanmasını bəşəri cinayət adlandırdılar. Həmyerlilərizin dinc mitinqində bir nəfər erməni qadın qarışıqlıq yaratmaq istəsə də buna nail ola bilmədi. Bu ölkədə oxuyan tələbələrimiz, həmyerlilərimizin mitinqi “Qarabağ Azərbaycandır!” şüarları ilə başa çatdı. Biz sevindik ki, Vətənimizin bu ağır və şərəfli günlərində uzaqdan da olsa, səsimizi və həqiqətlərimizi yaşadığımız ölkənin insanlarına çatdıra bildik. Biz eyni zamanda müxtəlif qurumlara və nazirliklərə də bəyanat və Gəncədə baş verən terrordan bəhs edən şəkilləri göndərmişik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam