Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ermənistan Müdafiə nazirliyi:Suriya terrorçularının cəsədlərini Araz bataqlıqlarında qabanlar yeyiblər

 

             

                  Sən demə, buna görə Ermənistan ittihamlarına sübut tapa bilmir

Yenixeber.org: Ermənistan Müdafiə nazirliyi, nəhayət, “Terrorçuların Azərbaycan ordusu tərəfində döyüşlərdə iştirak etdiyinə sübut hanı?” sualına cavab verib.

“Azərbaycan hərbi qüvvələrində döyüşən terrorçular arasında itkilərin sayı barədə dəqiq danışa bilmərəm, amma belələri onlarla yox, yüzlərlədir”, – deyə Ermənistan Müdafiə nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bəyan edib. Bu barədə ArmenianReport saytı məlumat verib. Ovannisyan söyləyib ki, “Məhv edilmiş terrorçuların bir qisminin cəsədi Suriyaya çıxarılır, bir qismi, məsələn, Arazın bataqlıqlarında qalır və onları qabanlar yeyə bilərlər”. Armeniasputnik.am saytının yazdığına görə isə, bir qədər əvvəl o əminliklə demişdi ki, Suriya muzdlularının meyitləri Araz çayı vadisində və Qarabağın cənubunda geniş yayılmış bu heyvanlara yem olur.

Qarabağda genişmiqyaslı əməliyyatların başladığı gündən Ermənistanın və bir sıra digər ölkələrin rəhbərləri bəyan edirlər ki, Azərbaycan ordusunda Türkiyə tərəfindən münaqişə zonasına gətirilmiş Suriya terrorçuları döyüşürlər. Azərbaycan Prezidenti İlham Əliyev bu ittihamı qətiyyətlə rədd edir və heç olmasa bir sübutun ortaya qoyulmasını istəyir. Ancaq… vəhşi qabanlar Ermənistana sübut saxlamırmış.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam