Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“BU TƏXRİBAT BİRBAŞA VİLAYƏT EYVAZOVA QARŞI YÖNƏLİB!” – Deputatdan ŞOK açıqlama

Polisin Yasamaldakı qalmaqallı əməliyyatını müdafiə etdiyinə görə sosial şəbəkə istifadəçilərinin qınağına tuş gələn deputat Fazil Mustafa növbəti sensasiyalı açıqlama ilə çıxış edib.

Yenixeber.org: F.Mustafa bu dəfə polisin hərəkətini “qanunsuz” adlandıraraq, bu təxribatın polisin daxilindən hazırlandığını və Daxili İşlər naziri Vilayət Ehvazova yönəldiyini bildirib. O, “yenisabah” saytına açıqlamasında bu barədə danışıb.

“Fikrimcə, polis əməkdaşlarının Yasamalda keçirdiyi həmin əməliyyat təxribatdır”, - deputat bildirib.

Fazil Mustafa hesab edir ki, bu təxribatı polisin öz içində olan hansısa qruplar törədib: “Hesab edirəm ki, bu təxribat birbaşa Daxili İşlər nazirinə yönəlib. Diqqət etsəniz, görərsiniz baş verənlər süni konstruksiyadır. Yəni, polis etdiyi qanunsuzluğu özü çəkib özü də yayır, sonra tutduqları adamı buraxırlar, o da döyüldüyünü deyir. Bu açıq-aşkar təxribatdır. Kimsə öz cinayətini çəkib yayarmı? Əlbəttə yox. İstəyər ki, iz qalmasın. Bəs bu məsələdə niyə izlər saxlanılıb? Fikrimcə, Daxili İşlər Nazirliyi bu məsələni ciddi şəkildə araşdırmalıdır”.

 

 

Fazil Mustafa bu olaylarla bağlı sərt mövqe sərgiləməsinə, polisin qanunsuzluğuna etiraz edənləri “sürü” adlandırması barədə də danışıb: “Öz dövlətinin polisinin üzərinə zibil atan vətəndaş ola bilməz. Vətəndaş nədənsə narazı ola, nəyəsə etiraz edə bilər. Amma bu cür kütləvi şəkildə birləşərək polisə qarşı hansısa hərəkətlər etmək dövlətin müəyyən dəyərlərini anlamamaqdan irəli gəlir.

Ona görə də biz bu kimi məsələlərə mövqe bildirməliyik. Biz polisin hüquqazidd əməllərinə də mövqeyimiz bildirdik. Həmin qanunsuzluğu törədən polislər cəzalandırılıblar və bu təqdirəlayiq haldır. Lakin xarici ölkələrin kəşfiyyat şəbəkəsində olan şəxslər ayrı-ayrı statuslarda bu məsələni qabardaraq baş verənlərdən istifadə etməklə dövlətə qarşı kampaniyaya başladılar. Polisin üzərinə zibil atanları dəstəkləmək əslində dövlətə qarşı demarş göstərmə niyyətini ortaya qoydu. Ona görə də biz onları sürü olaraq xarakterizə elədik.

Aydındır, başa düşdük, polisin etdiyi ədalətsizliyə, qanunsuzluğa münasibət bildirirlər. Amma bu zaman niyə zibil atanların əməlini təqdir edirlər? Biz bunu qəbul etmirik, bunların qarşısında qətiyyətlə dururuq və duracağıq”.

Qeyd edək ki, 8 iyun əməliyyatının təxribat olduğu və nazir Vilayət Eyvazova qarşı yönəldiyi fikrini bölüşənlər kifayət qədərdir. Bu qənaətdə olanların fikrincə, V.Eyvazovun nazir təyin olunduğu ilk günlərdən polisin ictimai nüfuzunu artırmağa xüsusi diqqət ayırması, bir sıra ciddi kadr dəyişiklikləri aparması, şəxsi heyətdən “köhnə qaydalardan” əl çəkərək qanunamüvafiq şəkildə fəaliyyət göstərməyi tələb etməsi və ən əsası, qərarları sərbəst şəkildə qəbul etməsi və kənar təsir cəhdlərinə böyun əyməməsi müəyyən dairələrdə, bir qədər də konkretləşdirsək, uzun illərdir polisi öz nəzarəti altında saxlayan dairələrdə qıcıq və qəzəb yaradıb. Hətta belə məlumatlar da var ki, bəzi "köhnə qvardiya" üzvləri yüksək səviyyəli toplantılarda V.Eyvazovun guya kifayət qədər qətiyyət göstərmədiyi və buna görə ölkədə vəziyyətin nəzarətdən çıxa biləcəyi fikrini yaratmaq cəhdləri də göstəriblər.

Bu məlumatları nəzərə aldıqda, son bir ildə polisin ictimai nüfuzunun artırılması istiqamətində əldə olunmuş müəyyən uğurların üzərindən çarpaz xətt çəkən 8 iyun əməliyyatının, nə qədər qəribə olsa da, V.Eyvazova qarşı təxribat olması ehtimalı kifayət qədər ciddi görünür.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam