Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NAZİR POLİS RƏİSİ BARƏDƏ ARAŞDIRMA BAŞLATDI- Müğənni Kərimin videosu ilə bağlı

 Müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı araşdırmalara başlanılıb

Yenixeber.org: Daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində araşdırmalara başlanılıb. Belə ki, bölmə rəisi Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili Oruc Mirzəyev barəsində xidməti araşdırmanın aparılmasına qərar verilib. Araşdırmanın nəticəsindən asılı olaraq hər iki polis zabiti barəsində tədbir görüləcək.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.
“AzPolitika.info” xatırladır ki, müğənni Kərim Abbasov “İnstaqram”da onu təhqir edən iki şəxsin polis idarəsində çəkilən videosunu yayıb. Videoda Vasif adlı sosial şəbəkə istifadəçisi və onun dostu Kərimdən üzr istədib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, yayılan video ilə bağlı araşdırma aparılır: “Artıq bu video ilə bağlı araşdırmalar aparılır. Yekun nəticə barədə məlumat veriləcək”.
Videoda Vasif adlı şəxs: “Mənim telefonumdan başqası ona nalayiq sözlər yazıb. Həmin sözləri mən yazmamışam. Kərimdən və ailəsindən üzr istəyirəm”,-deyib.
Digər şəxs isə içkili olduğunu, bu səbəbdən müğənnini təhqir etdiyini bildirib.
Kərim Abbasov isə videoda bunları deyib: “Bundan sonra təhqir edənlərin aqibətibundan da pis olacaq…
Sosial şəbəkə istifadəçiləri isə müğənninin üzr istəyən şəxslərin videosunu açıq-aşkar yaymasını təhqir və başqa bir şəxsi alçaltmaq kimi qiymətləndiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam