Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər- VİDEO
Ötən gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda keçirilən “Qarabağ”-“Ayntraxt” (3:2) oyununu izləyənlər arasında Azərbaycanın rəsmi şəxsləri də olub.
Yenixeber.org xəbər verir ki, həmin şəxslər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Təhlüləsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevdir.
Onlar qələbə qolunun vurulması zamanı emosiyalarına hakim ola bilməyiblər.
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 10-a çatdıran “Qarabağ” turnir cədvəlində mühüm sıçrayış edərək pley-off mərhələsinə yüksəlmək şanslarını rəsmiləşdirib.(Manset.az)
Həmin görüntüləri təqdim edirik:










AZ
RU