Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bakının məhəllələri regionlardan gələn insanlarla doludur…” –Deputat hökumətə səsləndi

“Ölkədə investisiyaların 80 faizi dövlətin hesabına düşür. Cəmi 20 faiz özəl sektorun inkişafına nail ola bilmərik. Bunun üçün Vergi Məsələsində dəyişikliklərə ehtiyac var”.

Yenixeber.org: Bu sözləri millət vəkili Fazil Mustafa Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Millət vəkili neftin qiymətinin dünya bazarına enməsinə də toxunub: “Neftin qiymətinin enməsinə görə narahat olmalıyıq. Neftin qiyməti 50 dollara düşsə, dövlət büdcəsində 60 dollar məsələsinə yenidən baxılmalıdır”.

F.Mustafa həmçinin ölkədə istehsal müəssisələrinin sayının artırılmasına ehtiyac olduğunu deyib: “Bakıda müəssisələrin çoxu satış üçündür. İstehsal üçün müəssisələr yoxdur. Bakının məhəllələri regionlardan gələn insanlarla doludur, əksər bağ evlərində cənubdan gələn insanlar işləyir. Artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir. Bölgələrin boşalmasından imtina etməliyik. Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir. İnsanlar Bakıda gecəqonduda yaşamaqdan imtina edib, regiona, öz evlərinə rahatlıqla üz tutmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam