Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“AAAF Park” ayağa qalxdı:“Qaz yox, işıq yox… donuruq” –VİDEO

 

Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri hər qış qaz və işıq probleminə görə küçələrə axışır.

Yenixeber.org: Son günlərdə evlərində soyuqdan donan və zülmətə qərq olan sakinlər təzədən aksiya keçiriblər.

Aksiya iştirakçıları axşam saatlarında Xırdalan küçələrində yürüş ediblər və “İstilik” şüarı ilə tələblərini irəli sürüblər. Onlar şirkəti günahlandırıblar və illərdir ki, kommunal problemlərin həll edilmədiyini bildiriblər.

“AAAF Park” isə müqavilə öhdəliyindən irəli gələrək ödənişlərin edilmədiyini bildirir və Xırdalanda yaranmış ümumi problemlərin üzərinə yıxır. Halbuki, hər qış bu şəhərciyin sakinləri qazsızlıq, işıqsızlıq zülmü çəkirlər. Sakinlər deyirlər ki, evlərində körpəsi, xəstəsi, qocası olanlar var və mənzilləri satan şirkəti heç nə narahat eləmir.

Yay aylarında da sakinlər xüsusən işıq problemi yaşayırlar. İlin-günün bu vaxtında, ölkədə sosial islahatlar, dəyişikliklər getdiyi zamanda vətəndaşların etiraza sürüklənməsi, onların işıq, qaz probleminin qulaqardı edilməsi birbaşa dövlət siyasətinin kursuna ziddir.

AAAF Park yaşayış kompleksinin sakinlərinin dərdi bitmir. Qaz məsələsi isə böyük bir problem olub, aylardır həll oluna bilmir.Kompleksə daxil olan yaşayış binalarının müştərilərə vəd olunan müddətdən xeyli gectikilərək, təhvil verilməsi ilə başlayan narazılıqlar sonradan başqa problemlərin ortaya çıxması ilə daha da böyüyüb.

Haqqında danışılan ərazidəki binalara qaz çəkilməməsi, elektrik enerjisinin verilməsində fasilələrin yaranması, xidmət tariflərinin müqavilədə nəzərdə tutulan miqdardan fərqlənməsi və başqa məsələlər “AAAF Park”ı media ilə sosial şəbəkələrin qınaq obyektinə çevirib.

Sakinlər işıq, qaz və suya smartkart sayğacların quraşdırılması üçün nə az, nə çox 798 manat ödəməlidir. Hər mənzildən təqribən 800 manattələb olunması şirkətlə vətəndaşları üzbəüz qoyub. Şirkətin mövqeyini dərc etməyə hazırıq.(reportyor.info)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam