Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)

Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər

"AAAF Park" yaşayış kompleksindən 20-dən artıq vətəndaş mənzil alıb, iki ilə yaxındır ki, evlərinə köçə bilmirlər.

Yenixeber.org:   Bu barədə redaksiyamıza "AAAF Park" yaşayış kompleksinin 28-ci küçəsində tikilməkdə olan binadan mənzil alıb, təhvilini gözləyən sakinlər müraciət edib.

Narazı sakinlər məsələ ilə bağlı müvafiq dövlət qurumlarına da şikayət ediblər. Müvafiq dövlət orqanlarına və "AAAF Park" yaşayış kompleksi rəhbərliyinə şikayət məktubu ünvanlanıb.

Dövlət orqanlarından onların haqlı olması ilə bağlı cavablar da gəlib. "AAAF Park" mənzillərimizin ödənişini vaxtı-vaxtında ödədiyimiz halda, sakinlərini hələdə çöldə saxlayır və müqavilə öhdəliklərini isə yerinə yetirmir. Belə ki, sakinlər bağladıqları müqaviləyə əsasən 2015-ci ildə "AAAF Park" yaşayış kompleksinin 28-ci küçəsində tikilməkdə olan binanadan aldıqları mənzillərə 2018-ci ildə köçməli imişlər.

Sonra 2018-ci ilin axırında təhvil veriləcəyini söyləyiblər. Bir müddət sonra təhvil prosesi 2019-un aprel-may aylarına salındı. Daha sonra 2019-cu ilin axırına, indi isə 2020-2021-ci il söhbətini ortaya ataraq, kompleksi tam şəkildə sözügedən müddətdə təhvil veriləcəyini deyirlər.

Sakinlər bildirir ki, kompleksin bütov şəkildə təhvil verilməsi üçün ən az 4 il vaxt lazımdır. Şikayətçilərdən biri qeyd edir ki, 2015-ci ildə əlindəki hazır mənzilini barter edərək bu kompleksdən daha geniş mənzil alıb və özü isə ailəsi ilə kirayəyə ev tutub. Halbuki, ona da 2018-ci ilin sonunda mənzilinə köçə biləcəyini deyiblər. Sözügedən vətəndaş qeyd edir ki, kirayə və həm də yeni mənzilin aylıq ödəniş pulunu qazana bilmədiyi üçün ailəsini buraxıb, xaricə işləməyə gedib.

Bununla belə, 28-ci küçədə tikilməkdə olan binanadan aldıqları mənzillərə görə, məhkəməyə müraciət edən bir neçə sakin də var. Məhkəmə qərar verib ki, şirkət onların aldıqları mənzilə görə, ödədikləri pulu geri qaytarsın. Amma, şirkət bu vətəndaşların da pulunu geri qaytarmaq prosessini də uzadır. (Unikal.org)

Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər
Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam