Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

 “AAAF Park” sakinləri prezidentdən kömək istədilər -Problem

 


“AAAF Park” sakinləri prezidentdən kömək istədilər
Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin A küçəsi sakinləri müvafiq dövlət qurumlarından kömək istəyirlər. Sakinlər bununla bağlı prezident İlham Əliyev, 1-ci Vitse-prezident xanım Mehriban Əliyevaya, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Baş prokuror Zakir Qaralova ərizə ünvanlayıblar.

Yenixeber.org: Sakinlər tərəfindən redaksiyamıza daxil olan müraciətin mətnində deyilir:

“Biz Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksi A küçəsinin sakinləri dörd ildir ki, burada məskunlaşmışıq. Əksər sakinlər olaraq öz öhdəliklərimizi vaxtında icra etmişik, amma bunun qarşılığında “AAAF İnşaat” MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Özlərinə bu barədə dəfələrlə yazılı və şifahi bildirsək də cəhdlərimiz nəticəsiz qalıb. Məlumat üçün bildiririk ki, “AAAF İnşaat” MMC biz sakinlərdən sayğaclara görə Tarif Şurasının müəyyən etdiyi qiymətdən iki dəfə artıq (üç sayğaca görə, 798 manat) ödəniş almış, biz də məcbur qalıb ödəmişdik. Lakin buna baxmayaraq qaz sayğaclarımız hələ də tam olaraq quraşdırılmamış və qazın verilişi təmin edilməmişdir.

Ümumilikdə sayğaclara görə 200 min manatdan artıq vəsait toplanmasına baxmayaraq, 100-120 min aralığında qalan borcu bəhanə edərək qazlaşdırmanı yekunlaşdırmırlar. Hansı ki, sakinlər binaya qaz verildiyi təqdirdə bu borcu ödəyəcəyini bildirir. Keçən il mənzillərimiz ümumi istilik sistemi vasitəsilə qızdırılırdı. Bu il isə ümumi sistemdən də istilik verməyəcəklərini bildirir, səbəb olaraq da “Azəriqaz”a olan borcu göstərirlər. Qaz və istilik yoxdur. Bu şəraitdə necə yaşayaq?! Oxşar problemlər 26, 27 və B küçələrində də vardır. Bizim şikayətimiz təkcə “AAAF İnşaat” la bağlı deyil, həm də “Azəriqaz”la bağlıdır, hansı ki, bu dövlət qurumu bürokratik əngəl yaratmaqla qazlaşma prosesini yubadır. Sizdən xahiş edirik, binaya qazın verilişi ilə bağlı işlərə başlanılmaqla bərabər ümumi istilik sistemi vasitəsilə mənzillərə istilik verilməsi barədə aidiyyatı üzrə göstəriş verəsiniz”.(unikal.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam