Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rəfail Cəbrayılovu gözləyən cəza –“Səlahiyyətinə xitam verilə bilər”

Vətəndaşlara müəyyən sahələrdə xidmət göstərilməsi üçün onlara məxsus sənədlərin girov qoyulması tələb edilir.

Yenixeber.org: Məsələn, banklardan nağd pul, kitabxanalardan kitab, ticarət obyektlərindən müxtəlif geyim və ya əşyaların icarəyə götürüldüyü zaman şəxsiyyət, sürücülük, əlillik, yaxud deputat vəsiqəsi alınır, götürülən pul və ya əşya qaytarıldıqda isə vəsiqə sahibinə qaytarılır. Bu kriteriyaya millət vəkili Rəfail Cəbrayılovun pul krediti müqabilində deputat vəsiqəsini girov qoyması da daxildir. Günlərdir müzakirə olunan məsələ hələ də aktualdır.

Ümumiyyətlə, hüquqi baxımdan hansısa sənədi girov qoymaq olar?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev saytımıza açıqlamasında deyib ki, qanunvericilik şəxsə məxsus heç bir sənədi girov qoymağa imkan vermir:

“Heç bir sənədi girov qoymaq olmaz. Şəxsiyyəti, onun hər hansı bir statusunu təsdiq edən, yəni sürücülük, əlillik, deputat vəsiqəsi, yaxud xarici pasportu girov qoymaq olmaz. Çünki onların maddi dəyəri yoxdur.

Bundan əlavə qeyd olunan sənədlər girov qoyulduğu zaman heç bir hüquqi məsuliyyət yaratmır. Ancaq bu, mənsub olduğu qurumla bağlı mənəvi və intizam məsuliyyəti yarada bilər. Tutaq ki, partiya üzvlüyü haqqında vəsiqə girov qoyulursa, bu, həmin partiyada müzakirə olunub, şəxsə hansısa cəza tətbiq oluna bilər.

Yaxud deputat vəsiqəsi girov qoyulubsa, buna Milli Məclisin İntizam Komissiyası baxıb şəxs barədə hansısa məsuliyyət tətbiq edə bilər. Bu məsuliyyətin xəbərdarlıqdan tutmuş deputat mandatının səlahiyyətinə xitam verilməsinə qədər müxtəlif növləri var.

Bir sözlə, İntizam Komissiyası məsuliyyət barədə qəbul etmiş hər hansı qərarla Milli Məclisə müraciət edə bilər. Qalan heç bir hüquqi imkan yoxdur ki, sənədin girov qoyulması qarşılığında şəxs hansısa məsuliyyətə cəlb olunsun”.

Vəkil əlavə edib ki, bəzi xidmət sahələrində şəxsiyyət vəsiqəsi və ya digər sənədlərin tələb edilməsi təminat xarakteri daşısa da, bu düzgün deyil.(cebhe.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam