Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Bakıda dəhşət saçan işgəncə alətləri -Foto

Bakıda, Şirvanşahlar Saray Kompleksində maraqlı, o cümlədən qorxulu hisslər aşılayan tarixi sərgi keçirilir. “İnkvizisiya – Orta əsr işgəncə alətləri” adlanan sərginin təşkilatçısı italyan kolleksioneri Pyerluici Kanovinidir.

Yenixeber.org: Məlumata görə.  italyan kolleksioner 200-ə yaxın eksponata sahib olsa da, onlardan yalnız 70-ni Bakıya gətirib.

Onun bildirdiyinə görə, inkvizisiya dövrünə aid ilk işgəncə alətləri 1983-cü ildə əlinə düşüb. Bu alətlər indiyə qədər İtaliyanın bütün bölgələrində, həmçinin dünyanın müxtəlif yerlərində sərgilərdə nümayiş etdirilib və böyük marağa səbəb olub.

Sərginin bələdçiləri tərəfindən aldığımız məlumata görə, bura əsasən turistlər gəlirlər ki, əksəriyyəti ruslar və türklərdir. Tarixə maraq göstərən bəziləri sərgidən zövq aldıqları, bəziləri isə burdan ayrıldıqda özlərini pis hiss etdiklərini söyləyirlər. Sosial şəbəkələrdəki bəzi müzakirələrdən də eksponatların qorxu və dəhşət saçması səbəbindən sərginin birmənalı qarşılanmadığıa şahidik.

Sərgidə 70-ə yaxın müxtəlif ölçülü alətlər nümayiş etdirilir. Bunlardan “İspan atı”, “Nürnberq qızı”, “Taxt-tac”, “Qeybətçilərin skripkası”, “Gurultu fleytası” və sairlərin adını çəkə bilərik.

Qeyd edək ki, inkvizisiyanın ləğvindən sonra dəlil-sübutları məhv etmək məqsədilə alətlərin çoxu yandırılıb deyə, orijinal alətlər, demək olar ki, günümüzə gəlib çatmayıb.

Yalnız Avropanın bəzi muzeylərində metaldan olan alətlər qalmaqdadır, taxtadan hazırlananların çoxu isə zamanında kül olub.

Sərgi avqustun 18-nə qədər davam edəcək. Yerli qonaqlar üçün giriş 5, xarici qonaqlar üçün isə 8 manatdır. (Teleqraf.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam