Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

 Gürcüstanda azərbaycanlı rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət “Abşeronun rəngləri” adlı sərgi açılıb

Yenixeber.org: Sərgi paytaxt Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin Sərgi Qalereyasında təşkil olunub və rəssamın 20-dək müxtəlif janrlarda çəkdiyi rəsm əsərləri nümayiş etdirilib.
Qalereyanın direktoru Arçil Bejanişvili sərgini açaraq Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafından danışıb, bu cür tədbirlərin təşkilinin münasibətlərimizin bütün sahələrdə inkişafına təkan verdiyini bildirib.
Sərginin əsas təşkilatçısı, Gürcüstanın Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva bildirib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan dövlətinin yaranmasının 100 illiyinə həsr olunub. Sərginin əsas məqsədi olkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına dəstək verməkdir.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov, hökumət üzvləri, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.
"Pirosmani" Beynəlxalq Rəssamlar Assosiasiyasının vitse prezidenti Əli İsayev azərbaycanlı rəssamı xüsusi diplomla təltif edib.
Rəssam İntiqam Ağayev sərginin təşkilatçılarına və göstərilən diqqətə görə minnətdarlıq edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam