Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

BSU-nun əməkdaşı Çexiyada Azərbaycanı təmsil edib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı Slavyan Universitetinin (BSU) Çex dili və mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərov Çexiyanın Ostrava Universiteti ilə BSU arasında 2017-ci ildə imzalanan ERASMUS + müqaviləsi çərçivəsində Çexiyaya ezam olunub.

Yenixeber.org: BSU nümayəndəsi Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Ostrava Universitetinin Fəlsəfə fakültəsində Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi təşkil edib. Sərgidə Azərbaycanın qədim, orta və müasir dövrlərinə aid memarlıq komplekslərini, eləcə də təbiətini əks etdirən fotoşəkillər nümayiş olunub.

Sərgini giriş sözü ilə açan Ostrava Universitetinin Fəlsəfə fakültəsinin nümayəndəsi Nela Parmova Azərbaycanın qədim mədəniyyət nümunələrindən söz açıb, ölkəmizin zəngin tarixi abidələrənin indiyə qədər qorunub saxlanılmasını müsbət hal kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi Eldar Vəliyev səfirlik tərəfindən ölkəmizin mədəniyyətinin, zəngin ədəbi irsinin, tarixinin təbliği istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatıdırb. Bakı Slavyan Universitetinin səfirliklə birgə təşkil etdiyi sözügedən sərginin Azərbaycan-Çexiya arasında mədəni əlaqələrin inkişafına verə biləcəyi töhfədən bəhs edib.

Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərov Çexiya-Azərbaycan əlaqələrinin, eləcə də Ostrava Universitetinin Bakı Slavyan Universiteti ilə əməkdaşlığının perspektivləri barədə fikirlərini iştirakçılarla bölüşüb. Mədəni əlaqələrin ölkələrimiz arasında vacib element olduğunu deyən Q.Qəmbərov Azərbaycan mədəniyyətinin dünya xalqlarına aşılanmasında BSU-nun rolunu xüsusi qeyd edib. O bildirib ki, sərginin təşkil olunmasında məqsəd Ostrava Universitetinin professor-müəllim və tələbə heyətinə Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirmək, ölkəmizin tarixi abidələri haqqında düzgün fikir formalaşdırmaqdır.

Sərginin davamında Heydər Əliyev Fondunun hazırladığı "Land of Fires" ("Odlar Yurdu") adlı videonun təqdimatı olub, Azərbaycan bayrağı və rəqsləri barədə məlumat verilib, sərgi iştirakçıları ilə birgə "Yallı" rəqsi oynanılıb.

Qeyd edək ki, sərgi öz işini üç həftə ərzində davam etdirəcək. Azərbaycan Fotoqraflar Birliyinin üzvləri - Mirnaib Həsənoğlu, Əminə Mirili, Fərqanə Qasımlı, Rauf Umudov, Fətəli Fətəliyev və İsmayıl Kərimova məxsus fotoşəkillərdə Azərbaycana aid qədim alban kilsə və monastr kompleksləri, orta əsrlərə, Şirvanşahlar dövrünə aid saray tikililəri, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş Qız qalası abidəsi və digər bir çox turizm baxımdan maraq doğuran məkanlar əksini tapıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam