Redaktor seçimi
Günün xəbəri

Bu məhsullar dişləri MƏHV EDİR

Bu məhsullar dişləri MƏHV EDİR

Deyirlər ki, gülmək bəzən həyata neçə dişinin olduğunu göstərmək deməkdir. Təəssüf ki, yediyimiz bəzi məhsullar imkan vermir ki, həyata neçə dişimiz olduğunu göstərək, daha doğrusu, ürəkdən gülək. Buna səbəb nişasta, qoz-fındıq, çay və digər məhsulların dişlərin çürüməsini sürətləndirməsidir.

Yenixeber.org: Dişlər orqanizmdə çox böyük əhəmiyyətə malik olub bir sira funksiyaları yerinə yetirir. Dişlər həm də insan gözəlliyinin vacib amillərindən biridir. Qədim dövrlərdən bəri diş möhkəmliyi və diş bəyazlığı insan sağlamının simvolu kimi qiymətləndirilib. Amma bəzən səhv qidalanma dişlərdə çürümə prosesini sürətləndirir.

Publika.az bu yazıda oxucuları dişlərə zərər verən qidalarla tanış edib.

Çörək, makaron və kartof

DiÅlerimize zarar veren gıdalar

Nişasta tərkibli ərzaqlar çeynəmə prosesində dişlərə yapışır və uzun müddət ərzində orada qalır. Nişasta tüpürcəklə birləşdiyi zaman şəkərə çevrilir. Beləliklə, boşluqlarda çürüklər yaranır.

Çay

DiÅlerimize zarar veren gıdalar

Çayın tərkibində kofein olduğunu hamımız bilirik. Bu kofein orqanizmə mənfi təsir göstərsə də, dişdə problem yaratmaz. Çayda kofeindən daha az ftor olur. Ftor insan orqanizmi üçün lazımdır. Ancaq çox olarsa, dişlərə zərər verir. Sağlamlığınız üçün gündə 4 stəkandan artıq çay içməyin. Həmçinin paket çaylara da üstünlük verməyin.

Quru meyvə

DiÅlerimize zarar veren gıdalar

Şirin və yapışqan quru meyvələr dişlərə böyük zərər verir. Qurudulmuş meyvələr də yapışqanlıqları baxımından təhlükəlidir. Bu zaman sözün əsl mənasında şəkər dişlərə yapışır və dişdə boşluqlara yol açır.

Qarağat

DiÅlerimize zarar veren gıdalar

Qarağat dişlərin möhkəmliyinə təsir etmir, ancaq onları qara rəngə boyayır. Əgər hər gün qarağat yemirsinizsə, təbii ki, bu, sizin üçün problem olmaz. Lakin daim işlədirsinizsə, bilin ki, dişlərinizin sarılığı artır.

Cipsi

DiÅlerimize zarar veren gıdalar

Cipsi tüpürcəyin təsiri altında qlükozaya çevrilən karbohidratlardan ibarətdir. Bu da dişlərdə təhlükəli çürük yarada bilər. Cipsi yedikdən sonra ağzınızı yumağı unutmayın.

Partlamış qarğıdalı

DiÅlerimize zarar veren gıdalar

Partlamış qarğıdalı eynilə cipsi kimi zərərli qlükoza təşkil edən karbohidratlardan ibarətdir. Beləliklə, diş zərər verə bilər.

Pomidor

DiÅlerimize zarar veren gıdalar

Pomidorlar turş tərəvəzdir. Bu, sadəcə, təzə pomidora aid deyil, eyni zamanda soslar və tomat üçün üçün də keçərlidir. Turşu dişlərə olduqca çox zərər verir və diş həssaslığına yol açır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam