Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Bakıda 200 manata kirayə ev tapmaq olmur– Reportaj/Foto

 

Yenixeber.org: Bakı o şəhərdir ki, burda həmişə kirayə evlərə tələbat var. Neçə illərdir ki, təzə binalar tikilsə də, tikinti bumu olsa da, ipoteka və müxtəlif kredit şərtləri ilə göydələnlərdən mənzillər təklif olunsa da, kirayədə yaşayanların sayı artır ki, azalmır.

► 250-400 manat

Ona görə də hər addımbaşı kirayə ev elanlarına rast gəlmək mümkündür. AzEuroNews.com paytaxtın kirayə ev bazarında vəziyyəti öyrənmək üçün kiçik araşdırması ortaya çıxardı ki, qiymətlər günbəgün qalxır.

Məsələn, siz “İnşaatçılar” metrosunun yanında ikiotaqlı ev kirayələmək istəyirsiniz, o zaman 300-350 manat aylıq ödəməlisiniz.

Yasamalın bir az yuxarısı – Alatavaya doğru gedəndə 200-250 manata gecəqondular tapa bilərsiniz.

Ancaq metro “Nəriman Nərimanov” yaxınlığında, Təbriz (köhnə Çapayev) küçəsində 2 otaqlı ev lazımdırsa, 370-400 manata verməlisiniz.

Binəqədi rayonunda 1 otaq 260 manat, 2 otaq isə 300-350 manatdır. Metronun “Neftçilər” stansiyasına yaxın yerdə isə 2 otaqlı mənzili aylıq 400 manatdan ucuz tapmayacaqsınız.

Eyni sözləri “Koroğlu” metrosu ətrafı, Bakıxanov qəsəbəsindəki binalara da aid etmək olar. Ucuz ev axtaranlar isə Binə qəsəbəsində 1 otaqlı 130-150 manata evlər tapa bilər.

► 13.85 faiz artım

Kirayə mənzil bazarında bahalıq şəhərin mərkəzindədir. Səbayel, Nəsimi rayonlarında 1 otaqlı evlər 400-450 manatdır. Ancaq bu qiymətlər əsasən həyət evlərinə şamildir.

İndiki şəraitdə şəhərin kənarından ev kirayələmək daha məqsədəuyğundur. Məsələn, Qaraçuxurda köhnə tikilidən 2 otaqlı 250 manata kirayələyə bilərsiz.

Yeni Günəşlidə isə 3 otaqlı mənzil 300 manatdır. Köhnə Günəşlidə 3 otaqlını 250 manata da tapa bilərsiniz. 9-cu mikrorayonda da 2 otaqlı 300 manata kirayələmək olar.

Ümumiyyətlə, 2017-ci ilin dekabr ayında Bakıda kirayə mənzil bazarında qiymətlərdə artım olub. Bunu daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində 0.84 faiz artım olub, il ərzində isə 13.85 faiz artım qeydə alınıb.Emil/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam