Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Əhaliyə şad xəbər:Bundan sonra məhsullar... - Ekspert

 

 

Əslində, qida təhlükəsizliyi ilə bağlı məsələ istənilən dövlətin əsas siyasət istiqamətlərindən biridir

 

 

Yenixeber.org: Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dövlətlər ilk mərhələdə özlərini ərzaq məhsulları ilə kifayət qədər yüksək səviyyədə təmin etməyə çalışırlar:

“Bununla onlar xaricdən asılılığı minimuma endirməyi hədəfləyirlər. Bu, əsasən çörək üçün istifadə olunan buğdaya, ümumilikdə ilkin tələbat mallarına aiddir. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə öz fəaliyyəti ilə diqqət çəkəcək. Bu gün təxminən 55-62% civarında Azərbaycan öz-özünü təmin edir və məqsəd kimi də ən azı bu rəqəmi 85-90%-ə qaldırmaq məsələsi gündəmdədir”.

Ekspert vurğulayıb ki, agentliyin fəaliyyətinə daxil olan digər bir istiqamət isə bazarda keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı olacaq:

“Bazarda satılan məhsulların keyfiyyəti, sağlamlığa zərərli olub-olmaması məsələsi agentliyin fəaliyyətində əsas prioritet hesab olunacaq”.

Ekspertin sözlərinə görə, ancaq hələ də agentliyin səlahiyyətlərinə aid olan məsələlər digər qurumlarda da var:

“Bu paralelliyin aradan qaldırılması vacibdir. Bu, agentliyin işinin effektivliyinin artırılması üçün əhəmiyyətlidir. Çünki bir sahədə paralel strukturlar olduqda işin effektivliyi xeyli dərəcədə zəifləmiş olur”.

Qeyd edək ki, baş nazirin müavini Əli Əhmədov Qida Təhlükəsizliyi Agentliyinin artıq formalaşdığını bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam